Məhkəmə qərarları › İş №3(039)-614/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-614/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-614/2025 14.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon Polis Şöbəsinin DYPnin YPX-nin inspektoru X4 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəxs barəsində Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Yevlax rayon Polis Şöbəsindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddələsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Vaz 21074 markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan, narkotik vasitəsinin təsiri altında idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs DYP-nin YPXnin inspektoru X7 izah etdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Vaz 21074 markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan, narkotik vasitəsinin təsiri altında idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs əməlindən peşman olduğunu, qazi dostunun xahişi ilə avomobili idarə etdiyini, lakin avtomobili idarə etdiyi gün narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Himayəsində 18 yaşına çatmayan iki övladının olduğunu, həyat yoldaşının vəfat etdiyini, və barəsində həblə əlaqədar olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Vaz 21074 markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan, narkotik vasitəsinin təsiri altında idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 1153 №-li, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktına əsasən Şəxs THÇ marixuana aşkar edilmişdir + (müsbət); Elekton məhkəmə sistemindən əldə olunan xx.xx.2025-ci il tarixli qohumluq məlumatlarına dair məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2009-cu il doğum tarixli X1 və xx.xx.2010 cu il doğum tarixli X2 adlı övladları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 334-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin Həbsdə olma müddəti ərzində himayəsində olan xx.xx.2009-cu il doğum tarixli X1 və xx.xx.2010 cu il doğum tarixli X2 üzərində nəzarəti Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı və Yetkinlik yaşına çatmayan işləri və hüquqlarının müdafiəsi üzrə komisiyasısına həvalə edilməlidir. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 14 aprel 2025-ci il tarixdən saat 15:20-dən hesablansın. Həbsdə olma müddəti ərzində himayəsində olan xx.xx.2009-cu il doğum tarixli X1 və xx.xx.2010 cu il doğum tarixli X2 üzərində nəzarəti Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı və Yetkinlik yaşına çatmayan işləri və hüquqlarının müdafiəsi üzrə komisiyasısına həvalə edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar