Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-615/2020 21.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin DYPB-nin polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23.30 radələrində sərxoş vəziyyətdə Yevlax şəhəri, Nizami prospektində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, Nizami prospektində nizamlayıcının qadağanedici işarəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək hərəkətini davam etdirərək Kür çayı üzərində yerləşən metal konstruksiyalı körpüyə maddi zərər vurmuşdur. Bu barədə barəsində AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Yevlax RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X5 raportla şöbə rəhbərliyinə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixdə “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə YPX-nin inspektoru X8 ilə birlikdə Yevlax şəhəri Nizami prospektində, 7 saylı tam orta məktəbin qarşısında xidmətdə olan zaman VAZ 2107 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü saxlanıldığını, inspektor Anar Əliyev sürücüyə özünü təqdim edən zaman sürücü Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq yüksək surətlə avtomoblili sürüb getdiyini bildirmişdir. Yevlax RPŞ-nin TB-nin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin sahə inspektoru, polis mayoru X6 izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Yevlax RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X5 raportla şöbə rəhbərliyinə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixdə “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə YPX-nin inspektoru X8 ilə birlikdə Yevlax şəhəri Nizami prospektində, 7 saylı tam orta məktəbin qarşısında xidmətdə olan zaman VAZ 2107 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü saxlanıldığını, inspektor Anar Əliyev sürücüyə özünü təqdim edən zaman sürücü Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq yüksək surətlə avtomoblili sürüb getdiyini bildirmişdir. Yevlax RPŞ-nin TB-nin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin polis baş leytenantı X3 oğlu izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Yevlax RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X5 raportla şöbə rəhbərliyinə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixdə “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə YPX-nin inspektoru X8 ilə birlikdə Yevlax şəhəri Nizami prospektində, 7 saylı tam orta məktəbin qarşısında xidmətdə olan zaman VAZ 2107 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü saxlanıldığını, inspektor Anar Əliyev sürücüyə özünü təqdim edən zaman sürücü Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq yüksək surətlə avtomoblili sürüb getdiyini bildirmişdir. Yevlax RPŞ-nin TB-nin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxxxx 2020-ci il nahar edərkən spirtli içki içmişdir. Saat təxminən 22.30 radələrində VAZ 2107 markalı avtomobillə işıqforun qadağan edici işarəsinə məhəl qoymayaraq öz hərəkətini davam etdirdiyi üçün YPX-nin əməkdaşıları ona saxla işarəsi varmişlər. Polis əməkdaşı ona yaxınlaşan zaman avtomobili sürüb getmişdir. Ona yenidən saxla işarəsi varsələr də, polisin tələbinə tabe olmamışdır. Avtomobili idarə edərkən idarə etməni itirib Kür çayının üzərindən keçən dəmir körpüyə dəymişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublıikası İXM-nin 333.3-ci maddəsində əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 11.00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxxxx 2020-ci il 498 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokoldan görünür ki, Şəxs sərxoşluğunun dərəcəsi orta dərəcəlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 və Yevlax rayon polis şöbəsinin polis baş leytenantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 333.3 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.3 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilsə də, inzibati xəta törətmiş şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsinə tənbeh edilməlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığını, yüngüləşdrici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx xxxxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi ev 55-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi gün) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 11.00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-615/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-615/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver