Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-616/2021 06.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X2 Bölməsinin polis mayoru X14, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1980-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beylaqan rayonu Günəşli qəsəbəsində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 06 avqust 2021-ci il tarixdə saat 11:40 radələrində Yevlax rayonu Malbinəsi kəndi ərazisində Yevlax Rayon Polis X19 Polis Bölməsinin yol patrul xidməti əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, 06 avqust 2021-ci il tarixdə saat 11:40 radələrində Yevlax rayonu Malbinəsi ərazisindən keçən Bəhrəmtəpə yolunda Yevlax Rayon Polis X19 Polis Bölməsinin yol patrul xidməti inspektorları, polis baş serjantı Çingiz Xəlilov və polis baş serjantı Nurəddin Süleymanlı ilə birlikdə “Mercedes” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtomaşında xidmətdə olarkən “Mercedes” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanı mövcüd standarta uyğun olmadığı üçün yol patrul xidməti inspektorları tərəfindən saxlanılmışdır. Yol patrul xidməti inspektorları sürücüyə yaxınlaşmış, sürücü və avtomobildə əyləşən üç nəfər sərnişin qoruyucu tibbi maskadan istifadə etməmişdir. Sürücü heç bir sənəd təqdim etməyərək polislərin qanuni tələbinə tabe olmayaraq özünə məxsus mobil telefonla onları video kameraya çəkmiş, həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün sürücü və sərnişinlər məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Beyləqan rayon sakinləri sürücü Şəxs, sərnişinlər X4, X7 və X5r. Bundan sonra yol patrul xidməti inspektorları, polis baş serjantı Çingiz Xəlilov və polis baş serjantı X10 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 06 avqust 2021-ci il tarixdə saat 11 radələrində özünə məxsus “Mercedes” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobillə dostları ilə birlikdə istirahətə gedərkən Yevlax rayonu Malbinəsi ərazisində yol polis əməkdaşları onu heç bir səbəb olmadan saxlamışdır. Ondan sənədləri tələb etdikdə o, heç bir qayda pozuntusu törətmədiyinə görə sənədləri təqdim etməkdən imtina etmiş, bundan əsəbləşərək mobil telefonla yol polisi əməkdaşlarını çəkmək istədikdə onları avtomobillə birlikdə məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. Yol patrul xidməti inspektoru, polis baş serjantı X12 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 06 avqust 2021-ci il tarixdə saat 11:40 radələrində Yevlax rayonu Malbinəsi ərazisindən keçən Bəhrəmtəpə avtomobil yolunda yol patrul xidməti inspektoru, polis baş serjantı X3 ilə birlikdə “Mercedes” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən “Mercedes” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferi olmadığı və dövlət qeydiyyat nişanı pozulduğu üçün tərəfindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşmış, avtomobilin saxlanc yerinə baxmaq istədikdə sürücü buna imkan verməmişdir. Həmin vaxt sürücü və avtomobildə əyləşən üç nəfər sərnişin qoruyucu tibbi maskadan istifadə etməmişdir. Sürücü heç bir sənəd təqdim etməyərək onun qanuni tələbinə tabe olmayaraq özünə məxsus mobil telefonla onları video kameraya çəkmək istəyərkən, həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün post patrul xidməti əməkdaşlarını dəvət edib sürücünü və sərnişinləri avtomobillə birlikdə məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişlər. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Beyləqan rayon sakinləri sürücü Şəxs, sərnişinlər X4, X7 və X5r. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 məhkəmə iclasında şahid Çingiz Xəlilovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri şahid ifadələri və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadələrini, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Əmirxan Namazovun çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X8 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X8 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-616/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-616/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver