Məhkəmə qərarları › İş №3(039)-618/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-618/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-618/2022 13.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs oğlu 12 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri Füzuli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X4 və X6 birlikdə 12 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində xidmətdə olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq onun oğlunun idarə etdiyi VAZ 21011 markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayaraq sürücülük vəsiqəsi olmadığı üçün avtomaşını dayanacağa qoyduqlarına irad bildirərək, ictimai yerdə ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri edərək, ictimai qaydanı pozmuşdur. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra polis baş serjantı X4 raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Hafis Mustafayev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 12 iyun 2022-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri Fizuli küçəsində onun oğlunun idarə etdiyi VAZ 21011 markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomaşını polis əməkdaşları saxlayaraq sürücülük vəsiqəsi olmadığı üçün avtomaşını dayanacağa qoyduqlarına irad bildirərək orada səs-küy salmışdır. Həmin vaxt orada olan polis əməkdaşları onu nizam intizama dəvət etmiş, lakin o, əsəbi olduğundan hərəkətlərini davam etdirmişdir. Hazırda əməlindən peşmandır. Yevlax Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X4 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X6 ilə birlikdə 12 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində xidmətdə olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq Şəxs oğlunun idarə etdiyi VAZ 21011 markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayaraq sürücülük vəsiqəsi olmadığı üçün avtomaşını dayanacağa qoyduqlarına irad bildirərək, ictimai yerdə ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri edərək, ictimai qaydanı pozmuşdur. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Yevlax Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X6 məhkəmə iclasında şahid Şəmi Yunusovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. 13 iyun 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 13 iyun 2022-ci il tarixdə saat 10:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar