Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-618/2025 14.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon prokurorunun köməkçisi,3-cü dərəcəli hüquqşünas X10, Müdafiəçi Vəkil barəsində inzibati icraat aparılan şəxs X4 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Malbinəsi kəndində qeydiyyatda olan X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın aparılmasına dair qərara əsasən X11 tik-tok sosial şəbəkəsindəki Abbasova Aynur adlı adlı profilində canlı yayımda olarkən X2 və onun ailə üzvlərinin ünvanına söyüşlər söyərək ictimai qaydanı pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərəkxırda xuliqanlıq edərək, bununlada Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın aparılmasına dair qərara əsasən çıxış edən Yevlax rayon prokurorunun köməkçisi,3-cü dərəcəli hüquqşunas X14 məhkəmə iclasında bildirmişdir ki, X11 tik-tok sosial şəbəkəsindəki Abbasova Aynur adlı adlı profilində canlı yayımda olarkən X2 və onun ailə üzvlərinin ünvanına söyüşlər söyərək ictimai qaydanı pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərəkxırda xuliqanlıq edərək, bununlada Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş X11 vermiş olduğu izahatında göstərmişdir ki,X5 onun bacısı qızı Dəniz Axundova ilə əvvəllər aralarında sevgi münasibəti olmuşdur. X8 evli olduğu müəyyən olunmuş və Dəniz Axundova ilə əlaqələri kəsilmişdir.Lakin sonradan Dəniz Axundovaya problemlər yaratdığından aralarında ədavət olmuşdur. Sonuncu dəfə 23 fevral 2025-ci il tarixdə X11 Şəxs adlı tik-tok profili ilə canlı yayın açaraq nalayiq ifadələr işlətmişdir.Əməlindən peşmandır, və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək X6 qadın olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın aparılmasına dair qərara əsasən X11 tik-tok sosial şəbəkəsindəki Abbasova Aynur adlı adlı profilində canlı yayımda olarkən X2 və onun ailə üzvlərinin ünvanına söyüşlər söyərək ictimai qaydanı pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərəkxırda xuliqanlıq edərək, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixi qərardan görünür ki, X3 intihara cəhd etməsi faktına görə toplanılmış materiala cinayət tərkibi olmadığından rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən bir ədəd cd diskdən görünür ki, X11 tik-tok sosial şəbəkəsindəki Abbasova Aynur adlı adlı profilində canlı yayımda olması, canlı yayım zamanı Aynur X1 ünvanına “qazisən kişi kimi yaşa,qazilərin üz qarasısan, nə qazi adından istifadə edirsən, Papaq... Sırtıq...” və.s kimi nalayiq ifadələr işlətməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 103.1. İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 103.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın X11 tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-618/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-618/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver