Məhkəmə qərarları › İş №3(039)-619/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-619/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-619/2020 23.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Dövlət Avtomobil Müfəttişi, polis leytenantı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnun iştirakları ilə, xx.xx.1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020ci il tarixdə saat 09:00-da Yevlax rayonu Balçılı kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063 minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman X2 idarə etdiyi “VAZ 2106” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxsnun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00-da Yevlax rayonu Balçılı kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063 minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman idarə etməni itirərək “VAZ 2106” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə. Sürücülük hüququ olmadan avtomobili idarə etməyinə səbəb kimi avtomobillə metal yığımı ilə məşğul olaraq ailəsini dolandırdığını bildirdi. Əməlindən peşman olmasını bildirərək barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00-da Yevlax rayonu Balçılı kəndi ərazisində idarə etdiyi ““VAZ 2106” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman “VAZ 21063 minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən çıxaraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə o, yüngül xəsarət almışdır, avtomobilinə isə ziyan vurulmuşdur. Vurulmuş ziyan Şəxs tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00-da Yevlax rayonu Balçılı kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063 minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman X2 idarə etdiyi “VAZ 2106” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxsnun əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə göndərilməsi qərara alınmışdır; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, “VAZ 2106” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə 820 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən(əməlindən səmimi peşman olmasını və vurulmuş zərərin əvəzinin ödənilməsini) halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar