Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-620/2020 23.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il traixdə saat 22:30 radələrində Yevlax rayonu Qoyunbinəsi kəndində X5 məxsus ümumi dəyəri 350 (üç yüz əlli) manat olan bir baş iribuynuyzlu heyvanı oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 bildirdi ki,Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan X8 xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə və rayon polis şöbəsinə müraciət edərək xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il traixə keçən gecə yaşadığı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində ki, mal-qara saxlanması üçün düzəldilmiş yerdən çəkisi 50-55 kq, qiyməti isə 300 manat olan bir baş buzovun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə müraciət etmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X9 raportla Yevlax Rayon Polis Şöbəsinə raporta müraciət etmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Heç bir yerdə işləmir. Yevlax şəhər sakini X6 tanımır. xx xxxxxxxx 2020-ci il traixdə saat 22:30 radələrində Yevlax rayonu Qoyunbinəsi kəndində ümumi dəyəri 350 (üç yüz əlli) manat olan bir baş iribuynuyzlu heyvanı oğurlamışdır. Həmin oğurladığı iri buynuzlu heyvanı Yevlax şəhərində tanımadığı şəxsə satmışdır. Zərər çəkmişşəxsə vurmuş olduğu ziyanıödəməyə imkanı yoxdur. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il traixə keçən gecə yaşadığı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində ki, mal-qara saxlanması üçün düzəldilmiş yerdən çəkisi 50-55 kq, qiyməti isə 300 manat olan bir baş buzovun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə məlumat vermişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Yevlax Rayon Baytarlıq İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il traixli, 206 saylı arayışdan məlum olur ki, 50-55 kq-lıq bir ədəd iri buynuzlu buzovun bazar orta satış qiyməti 350 manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:02-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinəəsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, poli leytenantı X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından məlum olur ki, törədilmişəməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsindəəsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan RespublikasıİXM-nin 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan RespublikasıİXM-nin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərər çəkmişşəxslərə vurmuş olduğu ziyanıödəməməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli,işləməyən, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 121-də qeydiyyatda olan və yaşayan Şəxs oğu xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan RespubilkasıİXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 20 (iyirmi) gün müddətində həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 12:02-dən hesablansın. Şəxs 350 manat məbləğində ziyan alınıb zərər çəkmişşəxs X5 ödənilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-620/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-620/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver