Məhkəmə qərarları › İş №3(039)-620/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-620/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-620/2021 10.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının yol patrul xidməti inspektoru, polis baş serjantı X4, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bərdə rayonu Qaraqoyunlu kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 08 avqust 2021-ci il tarixdə saat 14 radələrində sürücülük hüququ olmadan idarə etdiyi X2 məxsus “Ford Tranzit” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Gəncə şəhərindən Bakı şəhəri istiqamətində Bakı-Qazax avtomobil yolunun 286.5-ci km-də hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Mercedes Benz E200” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomomaşınla toqquşmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis baş serjantı X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, 08 avqust 2021-ci il tarixdə saat 14 radələrində sürücülük hüququ olmadan idarə etdiyi X2 məxsus “Ford Tranzit” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Mercedes Benz E200” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsəfəsi saxlamayaraq həmin avtomobilin sol arxa hissəsindən vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisə zamanı xəsarət alan olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 08 avqust 2021-ci il tarixdə saat 14 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E200” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomaşınla Gədəbəy rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Yevlax avtovağzalının qarşısında avtomomaşının sürətini azaltmışdır. Həmin vaxt arxada hərəkətdə olan “Ford Tranzit” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşın düzgün ara məsafəsi saxlamayaraq idarə etdiyi avtomaşının sol arxasından vuraraq ona maddi ziyan vurmuşdur. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci taqımının yol patrul xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş İXP ******* №-li, 08 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi. Maddə. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Maddə. 332.4 Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, vurulmuş ziyanı ödəməməsini, əmlak vəziyyətini nəzərə alıb onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respukblikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib 10 (on gün) müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 10 avqust 2021-ci il tarixdən saat 12:10-dan hesablansın. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X3 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar