Məhkəmə qərarları › İş №3(039)-620/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-620/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-620/2022 01.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Kəlbəcər rayonu, Qazxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu Qazxanlı kəndində qeydiyyatında olan və Yevlax rayonu Varvara kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yolpatrul xidməti alayının 8-ci tağımından daxil olmuş 19.05 2022-ci tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:10-da idarə etdiyi “VAZ 21214” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtombili ilə Bakı-Qazax yolunun 281.6-cı kilometrliyində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələblərini pozaraq X2 idarə etdiyi “MERSEDES BENZ 200” markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtombillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. X1 avtomobilinə maddi ziyan dəymiş və sərnişini Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarətləri almışdır. Zərərçəkmiş şəxslər və səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib inzibati xətanı törətməsini etiraf etmiş, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini, əməlindən peşmançılıq çəkdiyini və avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırdığını bildirərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edilsə də, Zərərçəkmiş şəxs3 qızı Zərərçəkmiş şəxs2 məhkəmə prosesində iştirak edə bilməyəcəklərini və anası Nəcibəyə dəymiş ziyanın tam şəkildə ödənilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 may 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Baş Dövlət Yol Polis İdarəsinin Yol-patrul xidməti alayına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar