Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-622/2023 09.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X5 Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Xaçmaz rayonu Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00067/23 nömrəli, 30 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki,Xaçmaz rayonu,Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 19000 kq, dəyəri 20900 ABŞ dolları olan “Təzə xurma” yükü və xx.xx.2022-ci il tarixli **********8758 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 10172 kq,dəyəri 13732.20 ABŞ dolları olan “Təzə xurma” və çəkisi 8626 kq,dəyəri 16820.70 ABŞ dolları olan “Təzə nar” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edildiyi və bu günə qədər Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 2011.90 ABŞ dolları və xx.xx.2022-ci il tarixli **********8758 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 5221.50 ABŞ dolları (iki bəyannamə üzrə cəmi 7233.40 ABŞ dolları) valtuya vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayonu,Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 19000 kq, dəyəri 20900 ABŞ dolları olan “Təzə xurma” yükü və xx.xx.2022-ci il tarixli **********8758 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 10172 kq,dəyəri 13732.20 ABŞ dolları olan “Təzə xurma” və çəkisi 8626 kq,dəyəri 16820.70 ABŞ dolları olan “Təzə nar” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edildiyi və bu günə qədər Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 2011.90 ABŞ dolları və xx.xx.2022-ci il tarixli **********8758 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 5221.50 ABŞ dolları (iki bəyannamə üzrə cəmi 7233.40 ABŞ dolları) valtuya vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülmədiyi müəyyən edilmişdir.MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq hazırki iş üzrə malların dəyərinin tam şəkildə Şəxs MMC-nin müvafiq bank hesabına köçürülməməsi xarici şirkətlərə göndərilmiş malların qismən məhv olması,standartlara uyğun olmaması və malların quruması səbəbindən çəkisinin aşağı düşməsi səbəsindən baş verməsini ,məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini və Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00067/23 nömrəli, 30 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki,Xaçmaz rayonu,Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 19000 kq, dəyəri 20900 ABŞ dolları olan “Təzə xurma” yükü və xx.xx.2022-ci il tarixli **********8758 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 10172 kq,dəyəri 13732.20 ABŞ dolları olan “Təzə xurma” və çəkisi 8626 kq,dəyəri 16820.70 ABŞ dolları olan “Təzə nar” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edildiyi və bu günə qədər Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 2011.90 ABŞ dolları və xx.xx.2022-ci il tarixli **********8758 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 5221.50 ABŞ dolları (iki bəyannamə üzrə cəmi 7233.40 ABŞ dolları) valtuya vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülmədiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 2517 nömrəli müqavilədən görsənir ki "xxxx" MMC ilə Şəxs MMC arasında Alıcı və Satıcı müqaviləsi imzalanmışdır. Trust Control şirkətinin X3 göstərilmişdir ki, 1.1723.4 kq miqdarında çeşidlənmiş xurma gec yetişmə vəziyyətində qeyd edildi və daha da məhv edilməlidir. Trust Control şirkətinin X4 nətiçəsində göstərilmişdir ki,nəqliyyat zamanı mümkün temperatur sapmaları ilə uzun Nəqliyyat müddətinin (22 gün) meyvələrin keyfiyyətinin pozulmasına səbəb olduğu qənaətinə gəlinib.Bununla da alıcı SlipoFood MMC daşıyıcıya qarşı iddia qaldırmaq hüququnu özündə saxlayır. xx.xx.2022-ci il tarixli 2517 nömrəli müqavilənin 4.2 bəndində göstərilmişdir ki, satıcı gömrük ixrac rəsmiləşdirilməsinə cavabdehdir.Satıcı öz riski və hesabina hər hansı ixrac lisenziyasını və digər rəsmi icazələri əldə etməli və Malların ixracı üçün zəruri olan bütün digər gömrük rəsmiləşdirilmələrini,o cümlədən bütün ixrac rüsumlarının və vergilərinin ödənilməsi həyata keçirilməlidir.Göstərilən maddə EXW çatdırılma şərtlərinə şamil edilmir. xx.xx.2022-ci il tarixli 2517 nömrəli müqavilənin 5.12 bəndində göstərilmişdir ki,boşaltma yerində mallar çeşid/keyfiyyət baxımından hər hansı çatışmazlıq aşkar edilərsə,bu çatışmazlığın olması faktı şəkil və video ilə və ya müvafiq akt tərtib edilməklə sübuta yetirilməlidir.Çatışmazlıqlar aşkar edildikdə,Alıcı şikayət məktubu göndərməklə aşkar edildiyi tarixdən sonra 48 saat ərzində Satıcıya məlumat verilməlidi.Alıcı ,avtomobilin soyuducusu qurğusundan və ya termoqrafdan əldə etdiyi məlumatları göndərməklə,malların daşınma temperaturu barədə Satıcıya məlumat verilməlidir,bu şərtlə ki,malların yüklənməsi zamanı Satıcı tərəfindən avtomobilə yerləşdirilmişdi.Alıcının göstərişləri. 5.13 bəndinə əsasən Alıcı bu barədə Satıcıya məlumat verilməklə,Ukranya Ticarət və Sənaye Palatasının və ya onun regional palatalarının və ya birinci dərəcəli sorğu təşkilatlarının nümayəndələrindən Malların qəbuluna müstəqil ekspertləri cəlb etmək hüququna malikdir.Müstəqil ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər təqsirli şəxs tərəfindən ödənilir. 5.14 bəndinə əsasən Çeşid/kəmiyyət/keyfiyyət baxımından çatışmazlıqları aşkar edilmiş Mallar Alıcı tərəfindən qəbul edilmiş hesab edilmir.Alıcı aşkar edilmiş çatışmazlıqları olan Malların dəyəri istisna olmaqla,müəyyən edilmiş müddətdə Malların haqqını ödəməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. 64.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Beləliklə müəyyən olunmuşdur ki Şəxs MMC tərəfindən Silpo –Food MMC -yə nar və xurma yükü ixrac olunur iki bəyannamə üzrə cəmi 7233.40 ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixratcatçının hesabına geri köçürülmür. Malların dəyərinin tam şəkildə müvafiq bank hesabına köçürülməməsinin səbəbini Bestprod MMC göndərilmiş malların qismən məhv olması,standartlara uyğun olmaması və malların quruması səbəbindən çəkisinin aşağı düşməsi ilə əlaqədar olduğunu, eyni zamanda bu halı təsdiq edən 1.1723.4 kq miqdarında xurma meyvəsinin yararsız olduğuna dair X7 Yoxlama Hesabatını təqdim etmişdir. Məhkəmə hesab edir ki birincisi göndərilən bütün mallar məhv olmayıb, yararsiz hala düşməyib, ikincisi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2517 nömrəli müqavilənin 4.2 bəndində göstərilmişdir ki, satıcı gömrük ixrac rəsmiləşdirilməsinə cavabdehdir.Satıcı öz riski və hesabina hər hansı ixrac lisenziyasını və digər rəsmi icazələri əldə etməli və Malların ixracı üçün zəruri olan bütün digər gömrük rəsmiləşdirilmələrini,o cümlədən bütün ixrac rüsumlarının və vergilərinin ödənilməsi həyata keçirilməlidir, 5.14 bəndinə əsasən Çeşid/kəmiyyət/keyfiyyət baxımından çatışmazlıqları aşkar edilmiş Mallar Alıcı tərəfindən qəbul edilmiş hesab edilmir.Alıcı aşkar edilmiş çatışmazlıqları olan Malların dəyəri istisna olmaqla,müəyyən edilmiş müddətdə Malların haqqını ödəməlidir. Bundan əlavə Zərər yoxlama hesabatı mallar gömrük postunda gömrük əməkdaşlarının və yaxud ekspertlərin iştirakı ilə deyil Kiyev şəhərinə catdıqdan keyfiyyət pozuntuları aşkar edildikdən sonra Silpo Food MMC nin sifarişi əsasinda həyata keçirilmiş və alıcı tərəf daşıyıcıya qarşı iddia qaldırmaq hüququnu özundə saxlamışdır.Bestprod” MMC xarici valyuta vəsaitinin geri qaytarılmamasının MMC dən asılı olmayan səbəblərdən baş verməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. 1.1723.4 kq miqdarında xurma məhsulunun məhv olması xarici valyuta vəsaitinin geri qaytarılmaması üçün səbəb deyildir. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 2011.90 ABŞ dolları və xx.xx.2022-ci il tarixli **********8758 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 5221.50 ABŞ dolları (iki bəyannamə üzrə cəmi 7233.40 ABŞ dolları) valtuya vəsaiti bəyan edildiyi gündən 180 güngün ərzində ixracatçının bank hesabına geri köçürülməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Xaçmaz rayonu,Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xaçmaz rayonu,Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta 7233.4 ABŞ dolları vəsaitin 30 faizi miqdarında, yəni 2170 ABŞ dolları (ödənilən günə manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-622/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-622/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver