Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-623/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis mayoru X9, Zərər çəkmiş şəxs X4 qanuni nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs-xx.xx.1965-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Yevlax rayonu Qaraoğlan kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs-02 iyun 2021-ci il tarixdə saat 13 radələrində Yevlax rayonu Qaraoğlan kənd orta məktəbin sinif otağında şagird X5 döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Saleh Məmmədov izah etdi ki, Yevlax rayonu Qaraoğlan kəndində yaşayan X6 03 iyun 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək 02 iyun 2021-ci il tarixdə oğlu İsmayılın Qaraoğlan kənd orta məktəbində müəllimi Zenfira adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis X12 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X13 11 iyun 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, İsmayıl İsmayılzadə onun dərs dediyi 3-cü sinifdə oxuyur. Səhhətində problem olduğu üçün İsmayıl İsmayılzadə 1-ci sinifdə qalmış və yay boyu əziyyət çəkərək onu hazırlaşdırmış, bü günə çatdırmışdır. İsmayıl İsmayılzadə və onun anası ilə heç bir ədavəti olmamışdır. 02 iyun 2021-ci il tarixdə günorta növbəsində dərs saatında nəinki İsmayıl İsmayılzadə ilə və heç bir şagirdlə anlaşılmazlıq olmamışdır. Həmin gün İsmayıl İsmayılzadəni döyməmiş, anası Raziyə İsmayılovanın etdiyi şikayət tamamilə yalan, əsassız və qərəzli olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 qanuni nümayəndəsi Raziyə Kərimova izah etdi ki, 2011-ci il təvəllüdlü oğlu X14 rayonu Qaraoğlan kədn orta məktəbinin 3-cü sinifində oxuyur, həftənin 1,3 və 5-ci günləri 2-ci növbədə təhsil alır. 02 iyun 2021-ci il tarixdə saat 17:30 radələrində oğlu İsmayıl İsmayılzadə dərsdən evə gələndən sonra vəziyyəti pisləşmiş, nə olduğunu soruşduqda isə İsmayıl İsmayılzadə onu müəllimi Şəxs tərəfindən döyülməsini bildirmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs barəsində şikayətçidir, qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan 29 may 2012-ci il təvəllüdlü X1 surətdə, atası X10 iştirakı ilə bildirmişdir ki, 02 iyun 2021-ci il tarixdə günorta növbəsində dərs saatında sinif otağında İsmayıl İsmayılzadənin arxasında əyləşmişdir. Həmin vaxt müəllimi Şəxs sinif otağında test tapşırığı etmiş, İsmayıl İsmayılzadəni döyməmişdir. HK-1/1049 №-li X2 müraciəti əsasında toplanmış rədd materialında olan yetkinlik yaşına çatmayan şəxslər 25 aprel 2012-ci il təvəllüdlü X7 və 20 avqust 2012-ci il təvəllüdlü X15 izahatlarından görünür ki, 02 iyun 2021-ci il tarixdə günorta növbəsində dərs saatında sinif otağında sinif yoldaşları İsmayıl İsmayılzadə ilə bir yerdə olmuşlar, müəllimi Şəxs sinif yoldaşı İsmayıl İsmayılzadəni vurmamışdır. HK-1/1049 №-li X2 müraciəti əsasında toplanmış rədd materialında olan 284 №-li, 03 iyun 2021-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyində göstərilmişdir ki, X4 bədənində aşkar olunmuş xəsarətlər-sol gicgah, yanaq nahiyyəsinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 02 iyun 2021-ci il tarixə iuyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bü əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə hesab edir ki, Şəxs İsmayıl İsmayılzadəni döyməsinə dair barəsində kifayət qədər sübut olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, ətraflı araşdırma aparılmamış, onun tərəfindən həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar toplanaraq məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində ifadə verən yetkinlik yaşına çatmayan X11, inzibati araşdırma zamanı X7 və X15 vermiş olduqları ifadələrinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Şəxs inzibati xətanı törətməsi təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 53.1.2. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Maddə 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İsmayıl İsmayılzadəni döyməsinə dair kifayət qədər sübut müəyyən edilmədiyindən bununla da inzibati xətanın tərkibi sübuta yetirilmədiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-623/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-623/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver