Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-623/2022 30.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Yevlax Rayon Polis X3 Polis Bölməsində tərtib edilmiş İXP ******* №-li, 29 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları qanuni qüvvəyə mindiyi vaxtdan üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Yevlax Rayon Polis Şöbəsinə və Şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılırması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 08 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 manat məbləğində cərimə edilmiş, Şəxs cəriməni ödəmədiyi üçün həmin cərimənin üərinə 6 manat məbləğdə peniya hesablanaraq 16 manat olmuşdur. Məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Şəxs EQ ******* №-li protokol üzrə cərimə borcunu tam şəkildə ödəmiş və hal-hazırda qalıq borcu qalmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin mənasından görünür ki, inzibati xəta törətmiş şəxs məhkəmə qərar çıxarana kimi cərimə məbləğini və dəbbə pulunu tam şəkildə ödəyərsə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə hesab edir ki, yuxarıda şərh edilən normaya əsasən Şəxs təyin edilmiş inzibati cərimə borcunu məhkəmə qərar çıxarana kimi tam şəkildə müvafiq bank hesabına ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməkdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-623/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-623/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver