Məhkəmə qərarları › İş №3(039)-623/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-623/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-623/2023 04.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X16 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X8, zərərçəkmiş şəxs X5 müdafiəçi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 04 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X14 xx.xx.2023-cü il tarixdə işlədiyi Azər Poçt idarəsində iş yoldaşı X7 əli ilə vuraraq xəsarət yetirmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X16 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X15 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X14 xx.xx.2023-cü il tarixdə işlədiyi Azər Poçt idarəsində iş yoldaşı X7 əli ilə vuraraq xəsarət yetirmişdır. . Barəsində inzibati xəta haqqında icraat aparılan X14 məhkəmə iclasında izahat verib bildirmişdir ki, 2018-ci ildən X18 filialında mühəndis vəzifəsində işlədiyini,onunla qarşı otaqda işləyən Xumar Rəhimova ilə aralarında bir qədər sör-söhbət yarandığını,xx.xx.2023-cü il tarixdə 10:30-11:00 radələrində xidməti otağında şəxsi telefonu ilə danışarkən həmin vaxt dəhlizdən səs-küyün gəldiyini eşidib qapını açıb dəhlizə çıxan zaman Xumar Rəhimovanın onu qapının arxasından dinlədiyini görmüş,bu zaman aralarında mübahisə baş vermiş,mühabisə zamanı o Xumar Rəhimovaya onu dinləməyinin səbəbini soruşmuş,Xumar Rəhimovada ona “sənin nəyini dinləyəcəm” deyərək öz otağına keçmiş,o,isə əsəblərini cilovlaya bilməmiş Xumar Rəhimovanın otağına daxil olaraq nə probleminin olduğunu soruşmuş,Xumar Rəhimova da onu acılayarq “sən kişi deyilsən”ifadələri işlətmiş,o isə əsəbləşərək Xumar Rəhimovanın xidməti otağında stolun üstündə olan manitoru Xumar Rəhimovanın üstünə aşırmış,otağında olan əşyaları dağıtdığını,əməlindən səmimi peşmançılığını,günahı olmasa da üzr istədiyini bildirərək barəsində qanuna müvafiq qərarən qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında çıxış edərək 2005-ci ildən X21 filialında mühasib işlədiyini,son vaxtlar Şəxslə aralarında narazaçılıq yarandığını,xx.xx.2023-cü il tarixdə saat 10:11 radələrində Şəxs otağından gənc bir qadınla mübahisə etdiyini görmüş,qadın getdikdən sonra Şəxs hiddətlə onun otağına daxil olaraq ona nıyə qulaq asdığını soruşmuş,i isə ona qulaq asmadığını və səsin ucadan eşidildiyi bildimiş,Şəxs iş maşının üstündə olan matinotu onun üstünə aşıraraq ünvanına nəlayiq ifadələr işlətdiyini ,manitor onun ayaq və əl barmaqlarının üstünə düşərək zədələdiyini bildirərək təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir X1 çıxış edərək qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X14 xx.xx.2023-cü il tarixdə işlədiyi Azər Poçt idarəsində iş yoldaşı X7 əli ilə vuraraq xəsarət yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X16 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə-X22 X4 412 nömrəli rəyi ilə X5 bədənində aşkar edilmiş xəsarət-sağ budun aşağı 1/3-nin yan səthinin qançırı və şişkinliyi, sağ əlin İV barmağının arxa falanqasının sıyrığı küt - alətin-alətlərin təsirindən əmələ gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X14 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş, şəxsin səmimi peşmançılığını (İXM 32.1.1)ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki,X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X14 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Təqsirləndirilən şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 2(iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki ) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar