Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-624/2021 11.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis X3 Polisi Bölməsinin yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Şəki rayonu Çayqaraqoyunlu kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 30 iyul 2021-ci il tarixdə saat 19:50 radələrində “VAZ-21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri ərazisində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul inspektoru tərəfindən saxlanılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş halda nəqliyyət vasitəsini idarə edir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis serjantı Nürəddin Süleymanlı məruzə edərək bildirmişdir ki, Şəxs 30 iyul 2021-ci il tarixdə saat 19:50 radələrində “VAZ-21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri ərazisində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul inspektoru tərəfindən saxlanılmış, araşdırma zamanı sürücü Şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş halda nəqliyyət vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Ona görə də, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şəki şəhərində yaşayır və Yevlax şəhərinə qonaq gəlmişdir. 30 iyul 2021-ci il tarixdə axşam saatlarında “VAZ-21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən yol polis əməkdaşları onu saxlamışdır. Sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar olunaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ailəlidir, 2-ci qrup əlildir, 130 manat pensiya alır, əməlindən peşmandır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 398 №-li, 30 iyul 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 30 iyun 2021-ci il tarixdə saat 19:50-də yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan 30 iyul 2021-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, “VAZ-21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil 30 iyul 2021-ci il tarixdə saat 19:50-dən saxlanca qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilini 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-624/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-624/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver