Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-625/2020 05.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X1, Şəxs barəsində Azərbaycan RespublikasıİXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs idarə etdiyi VAZ 2107 markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerinə baxış keçirilmiş, baxış zamanı həmin avtomaşının yük yerində 3 ədəd kirpinin olması polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Faktla bağlı Zaqatala Polis şöbəsində Azərbaycan RespublikasıİXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Hesab edirəm ki, işə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkündür. xx xxxxxxxx 2020-ci il tarixli 3 ədəd ovlanmış kirpinin təbiətə buraxılması barədə protokoldan görünür ki, Şəxs idarə etdiyi VAZ 2107 markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşında vətəndaş Şəxs və Faiq Mahmudov tərəfindən qanunsuz olaraq ovlanmış 3 ədəd kirpi Zaqatala rayonu Qaranqal qəsəbəsində açıq çöl sahəsinə təbiətə buraxılmışdır. İşdə olan Şəxs izahatında bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində idarə etdiyi VAZ 2107 markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşınla o, Faiq, İsa, Ramil, Xamraz Yevlax şəhərindən Zaqatala rayonuna gəlmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində Zaqatala rayonu Qimir kəndi ərazisində o, və Faiq Mahmudov 3 ədəd kirpi övlamış, həmin vaxt polis əməkdaşları onları saxlamış, maşının yük yerinə baxdıqda 3 ədəd kirpini görmüş və onları polis şöbəsinə gətirmişlər. Həmin vaxtı maşında olan İsa, Ramil, Xamraz sərnişin kimi əyləşmişdirlər. Onlar ov etməmiş, 3 ədəd kirpini o və Faiq Mahmudov ovlamışlar. Etdiyi hərəkətdən peşmandır. İnzibati xəta haqqında protokolu və iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, mahiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan RespublikasıİXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-625/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-625/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver