Məhkəmə qərarları › İş №3(039)-626/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-626/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-626/2021 11.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11.08.2021-ci il tarixdə Yevlax şəhəri Q.B.Zakir küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, 11 avqust 2021-ci il tarixdə Yevlax şəhəri Q.B.Zakir küçəsində vətəndaşların mübahisə etməsi barədə rayon polis şöbəsinə daxil olmuş şikayət əsasında rayon polis şöbəsinin polis əməkdaşları qeyd olunan ünvana getmişlər. Həmin ünvanda bir neçə qadının və kişilərin mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşaraq nizamintizama dəvət etmişlər. Lakin həmin vətəndaşlar öz əməllərinə davam etmişdilər. Bundan sonra onların aralarında olan üç nəfəri, o cümlədən Şəxs polis əməkdaşları saxlayaraq rayon polis şöbəsinə aparılmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 11 avqust 2021-ci il tarixdə gecə saatlarında evdə olan zaman onunla qonşuluqda yaşayan dayısı Samir Qaziyevin həyətindən səs-küy gəldiyini eşitmiş və bir müddət sonra o, dayısıgilə getmişdir. Lakin dayısı evinə çatdıqda evdə dayısının ailə azvlərini və eyni küçədə qonşuluqda yaşayan qohumu Şahin Həziyevin olduqlarını görmüş. Bundan sonra polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışdır. O, polisin heç bir tələbinə qarşı etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X6 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 11 avqust 2021-ci il tarixdə Yevlax şəhəri Q.B.Zakir küçəsində vətəndaşların mübahisə etməsi barədə rayon polis şöbəsinə daxil olmuş, şikayət əsasında rayon polis şöbəsinin növbətçi hissəsinin göstərişi əsasında o və post yoldaşı X4 qeyd olunan ünvana getmişlər. Həmin ünvanda bir neçə qadının və kişilərin mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaşlar öz əməllərinə davam etmişdilər. Bundan sonra onların aralarında olan üç nəfəri saxlayaraq rayon polis şöbəsinə aparılmışlar. Şəxs də həmin şəxslərin yanında olduğundan onu da polis çöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis siravisi X4 şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11.08.2021-ci il tarixdə saat 00:15 radələrində Yevlax şəhəri Q.B.Zakir küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 11 avqust 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 11 avqust 2021-ci il tarixdə saat 01:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs izahatından 11 avqust 2021-ci il tarixdə polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır, Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar