Məhkəmə qərarları › İş №3(039)-627/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-627/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-627/2020 21.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qrarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Mövlayev Alik Sədir oğlu tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunmuşdur. Yevlax rayon Aran qəsəbəsində fəaliyyət göstərən çörək sexinin sahibkarıişəgötürən X11 çörək bişirən Nəsimi Bəkirov, sex rəisi Elgiz Əyyubov, kündəçilər- Pəri, Aidə və Firuzə ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Mövlayev Alik Sədir oğlu tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırılmışdır ki, sözügedən çörək sexi rayonu, xüsusilə də rayon ərazisində yerləşən hərbi hissələri çörəklə təmin edir. Hazırda cəbhə bölgəsində döyüşlərin başladığı müharibənin canlandığı bir zamanda, həmçinin “corona virus” epidemiyasının geniş yayılmış olduğu belə bir həssas dönəmdə bir çörək sexinin əsassız olaraq bu qədər cərimə edilməsi yolverilməzdir. Hansı ki, bu məbləğ həddindən artıq çoxdur və sexin bağlanması ilə nəticələ bilər ki, bu da həm rayonun, həm də rayonda yerləşən hərbi hissələrin çörəklə təmin edilməsində problemlər yarada bilər. Cərimə tamamilə əsassız olmasını hesab edir. Belə ki, nə təqdimat verən prokurorluq orqanı tərəfindən, nə də Əmək Müfəttişliyi tərəfindən obyektə yerində baxış keçirilərək müqaviləsiz işçilərin işlədilməsi aşkar edilməmişdir. Cərimə sadəcə olaraq onun prokurorluqda verdiyi ifadəsinə əsasən yazılmışdır ki, bu da qanunsuzdur. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Mövlayev Alik Sədir oğlu tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin baş məsləyətçisi-baş əmək müfəttişi X5 şikayətçi X6 şikayətini əsassız hesab edirik bildirmişdir ki, Yevlax rayon Prokurorluğunun xx xxxxx 2020-ci il tarixli qərarı xx xxx 2020-ci il tarixli, 192C-20 saylı məktubla Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə daxil olmuşdur. X11 barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına dair Qərar əsasında inzibati icraata başlanılmışdır. İcraata başlanılması barədə regional şöbə tərəfindən X7 xx.xx.2020-ci li tarixli **********5 saylı bildirş məktubu göndərilmiş və 23 06.2020-ci il tarixdə özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə iş üzrə sübutları şöbəyə təqdim etməsi təklif edilmişdir. Prokurorluq tərəfindən təqdim edilən materiallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7, 43, 49-cu maddələrinin tələblərinin pozulması halı aşkar edilmişdir. Belə ki, materiallarda sahibkar X11 prokurorluğun vəzifəli şəxsinə verdiyi izahatında sahibkarı olduğu çörək bişirmə sexində 5 nəfər fiziki şəxsin sexdə işlədiyini və onlardan ikisi ilə əmək müqaviləsinin bağlanmadığını bildirmişdir. X11 şikayətində qərarın əsassız olmasını və cərimənin prokuroluğun təqdimatı əsasında yazıldığını bildirir. Lakin müfəttişlik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.4.2. maddəsini rəhbər tutaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qəbul edilmiş qərar əsasında inzibati icraata başlamışdır. X4 və ya səlahiyyətli nümayəndəsi başlanılmış inzibati icraatı rədd edən və ya dayandırılması üçün əsas olan sübutları var idisə bunları müfəttişliyin dəvətinə gələrək təqdim edə bilərdi. Həmçinin prokurorluğun vəzifəli şəxsi X6 izahatında qeyd etdiyi məlumatların yoxlanılması məqsədi ilə araşdırma zərurəti olaraq müfəttişliyə sorğu göndərmişdir. Sorğunun cavablandırıldığı xx.xx.2020-ci il tarixinə X2 kimi heç bir fiziki şəxslə hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin bağlanması qeydə alınmamışdır. Əmək və X9 X1 İnformasiya Sisteminin "X10" üzrə alt sistemində aparılan monitorinqin nəticəsi olaraq görünür ki, X11 prokurorluq orqanlarına verdiyi izahatında da səhv məlumat vermişdir. Belə ki, X3 kimi fəaliyyətə xx.xx.2020-ci ildən başlamasına baxmayaraq işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyi fiziki şəxslərlə əmək müqaviləsinin bağlanılması xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Bu səbəbdən də, X6 şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir; 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində fəaliyyət göstərən çörək sexinin sahibkarı -işəgötürən X11 çörək bişirən Nəsimi Bəkirovun, sex rəisi Elgiz Əyyubovu, kündəçi Pəri, Aidə və Firuzə ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsiilə əmək hüquqları əleyhinə olan inzibati xətahalı aşkar olunmuş və o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinmişdir. X11 şikayət ərizəsində çörək sexinin əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə proseslərində iştirak etməmiş və şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X6 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Mövlayev Alik Sədir oğlu tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Mövlayev Alik Sədir oğlu tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar