Məhkəmə qərarları › İş №3(039)-627/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-627/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-627/2021 11.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11.08.2021-ci il tarixdə Yevlax şəhəri Q.B.Zakir küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, Məhkəmə iclasında Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, 11 avqust 2021-ci il tarixdə Yevlax şəhəri Q.B.Zakir küçəsində vətəndaşların mübahisə etməsi barədə rayon polis şöbəsinə daxil olmuş şikayət əsasında rayon polis şöbəsinin polis əməkdaşları qeyd olunan ünvana getmişlər. Həmin ünvanda bir neçə qadının və kişilərin mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaşlar öz əməllərinə davam etmişdilər. Bundan sonra onların aralarında olan üç nəfəri, o cümlədən Şəxs polis əməkdaşları saxlayaraq rayon polis şöbəsinə aparılmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 11 avqust 2021-ci il tarixdə gecə saatlarında evdə olan zaman onunla qonşuluqda yaşayan qohumu Samir Qaziyevin həyətindən səs-küy gəldiyini eşitmiş və qohumunun evinə getmişdir. Samirin yaşadığı evə gəldikdə Samirin oğlunun qaçırtdığı qızın qohumlarının həmin ünvana gəlib mübahisə etdiklərini görmüş və Samir ilə birlikdə qadınları ayırmağa çalışsa da buna nail ola bilməmişdilər. Bundan sonra həmin qadınlar onunda ünvanın söyüş söymüş və o cavab olaraq qadınlara söymüşdür. Həmin vaxt polis əməkdaşları gəlmiş və onları nizam-intizama dəvət etsələr də o, o, əsəbi olduğu üçün polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Əməlindən peşman olmasını, polis əməkdaşlarından üzr istədiyini bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X9-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X6 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 11 avqust 2021-ci il tarixdə Yevlax şəhəri Q.B.Zakir küçəsində vətəndaşların mübahisə etməsi barədə rayon polis şöbəsinə daxil olmuş, şikayət əsasında rayon polis şöbəsinin növbətçi hissəsinin göstərişi əsasında o və post yoldaşı X4 qeyd olunan ünvana getmişlər. Həmin ünvanda bir neçə qadının və kişilərin mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaşlar öz əməllərinə davam etmişdilər. Bundan sonra onların aralarında olan üç nəfəri saxlayaraq rayon polis şöbəsinə aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X9-patrul xidməti bölüyünün polis nəfəri, polis siravisi X4 şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11.08.2021-ci il tarixdə Yevlax şəhəri Q.B.Zakir küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 11 avqust 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 11 avqust 2021-ci il tarixdə saat 01:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 11 avqust 2021-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar