Məhkəmə qərarları › İş №3(039)-629/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-629/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-629/2020 30.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri M.B.Qasımov küçəsi ev 11-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Yevlax şəhəri Mərkəzi Xəstəxanasının qarşısına çıxaraq komendant saatını pozaraq və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır . Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Nəsrəddin Səmədov bildirmişdir ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin həmin fərmanının icrasını təmin edilməsinə dair komendant saatı rejimi ilə əlaqədar olaraq xx xxxxxxxx 2020-ci il traixdə saat 21:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin PPXBnün manqa komandiri polis serjantı X9 və polis nəfəri, polis serjantı X5 ilə birlikdə Yevlax Şəhər “Morq”-un qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin komendant saatını pozaraq Mərkəzi Xəstəxanaya gətirilən şəhidlərin foto şəkillərini və videosunu çəkdiyini görmüşlər. Həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edərək komendant saatını pozduğunu, foto şəkilləri və videonu çəkməsini soruşmuşlar. Sorğu zamanı onun komendant saatını pozduğunu bildirərək polis şöbəsinə getməsini tələb etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq həmin ərazini qəsdən tərk etməyərək polisin qanuni tələbinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər M.B.Qasımov küçəsi ev 11-də qeydiyyatda olan Şəxsdur. Bundan sonra polis nəfəri, polis serjantı X9 və polis nəfəri, polis serjantı X1 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:00-da Yevlax şəhəri Mərkəzi Xəstəxanasının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq nə üçün komendant saatını pozduğunu soruşduqda o, hərbi vəziyyətlə bağlı kömək məqsədi ilə Mərkəzi Xəstəxanaya gəldiyini bildirmişdir. Həmin vaxt o, heç bir başqa niyyəti olmadan xəstəxananın foto şəkillərini və video görüntülərini çəkmişdir. Bu zaman polis əməkdaşları onu komendant saatını pozduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis avtomobilinə əyləşərək rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında polis nəfəri, polis serjantı X9 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində polis nəfəri, polis serjantı X5 ilə birlikdə Yevlax Şəhər “Morq”-un qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin komenant saatını pozaraq Mərkəzi Xəstəxananın foto şəkillərini və videosunu çəkdiyini görmüşlər. Həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edərək nə üçün komendant saatını pozduğunu, foto şəkillər və video çəkməsini soruşmuşlar. Sorğu zamanı onun komendant saatını pozduğunu bildirərək polis şöbəsinə getməsini tələb etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq həmin ərazini qəsdən tərk etməyərək polisin qanuni tələbinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər M.B.Qasımov küçəsi ev 11-də qeydiyyatda olan Şəxsdur. Bundan sonra o, və polis nəfəri, polis serjantı X1 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında şahid Tural Hətəmovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:30da inzibati qaydada tutulmuşdur. Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilmişdir. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün qismən etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Nəsrəddin Səmədov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Maddə 517-2.1. Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətaları törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən saat 21:30-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X4 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar