Məhkəmə qərarları › İş №3(039)-629/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-629/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-629/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 100-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 11 iyun 2021-ci il tarixdə kürəkəni X8 ünvan 1 ünvanında balta ilə vuraraq xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərov bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X9 DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, spirtli içki aludəçisi olan oğlu Şəxs əlində balta və bıçaqla hədələməsi barədə məlumat vermiş və Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 4, mənzil 2-də yaşayan X11 11 iyun 2021-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək, qaynanası Bahar Ağahəsənovaya məxsus Q.B.Zakir küçəsi ev 100 ünvanında qaynı Mətləbin mütəmadi olaraq münaqişə etməsi və hal-hazırda evdə qonaq olan Vüqarın baş nahiyəsindən balta ilə yüngül xəsarət yetirməsi barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X5 araşdırılma aparılmış, lakin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə inzibati xətasının tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xətanın tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmasına üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə şöbənin X3 təqdim edilmişdir. Qərara əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vüqar Şeydayev ilə telefon əlaqəsi saxlanılmış, telefon əlaqəsi zamanı Vüqar Şeydayev inzibati xəta törətmiş şəxs Şəxsla barışmadığını ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, anası X9 onun evdə rahat yaşamasına imkan vermir. 11 iyun 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evə gələrkən anası Bahar Ağahəsənova onu həyətə buraxmadığı üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı kürəkəni Vüqar Şeydəyev onları sakitləşdirmək istəyərkən onu şillə ilə vurmuşdur. X14 ilə barışmamışdır. Səhvini başa düşür, əməlindən peşmandır. 12 avqust 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 12 avqust 2021-ci il tarixdə saat 01:15-dən inzibati qaydada tutulmuşdur. 174 №-li, 12 avqust 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 02 avqust 2021-ci il tarixdə saat 01:29-da yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Yevlax Rayon Polis X6 təhqiqatçısı, polis kapitanı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyun 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs oğlu barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Namiq İsayev barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini kifayət saymayaraq inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni 12 avqust 2021-ci il tarixdən saat 01:15-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar