Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-630/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 09 avqust 2021-ci il tarixdə üzərində 2 ədəd kibrit qutusunda 9,80 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Saleh Məmmədov bildirmişdir ki, 09 avqust 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlamaqla şübhəli bilindiyi üçün keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində Yevlax şəhərində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis X3 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X4 11 avqust 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Süleyman Süleymanov barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Süleyman Süleymanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleyman Süleymanov bildirdirmişdir ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində arxın kənarında 2 bükümdə narkotik vasitə olan marixuana tapmış və həmin marixuananı üzərində saxlamışdır. 09 avqust 2021-ci il tarixdə Yevlax şəhəri D.Qorqud parkında polis əməkdaşları onu saxlamışdır. Həmin vaxt polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmiş, o, isə etiraz etmədən polis avtomaşınına əyləşərək rayon polis şöbəsinə gətirilmişdir. Üzərində olan narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təhvil vermişdir. Həmin narkotik vasitəni satmaq məqsədi olmamış, saxladığı marixuananı ara-sıra özü istifadə etmişdir. Əməlindən peşmandır. İşdə olan 11 avqust 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 11 avqust 2021-ci il tarixdə saat 21:00-dan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 avqust 2021-ci il tarixli qərarından görünür ki, Süleyman Süleymanov 09 avqust 2021-ci il tarixdə saat 19:50-də saxlanılmışdır. Toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Süleyman Süleymanov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsi: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-630/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-630/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver