Məhkəmə qərarları › İş №3(039)-632/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-632/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-632/2024 23.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən “Laçın” şadlıq sarayında Goranboy rayonu, Börü kəndində yaşayan X6 döymüşdür. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X9 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən “Laçın” şadlıq sarayında vətəndaş X6 döymüş, bu barədə Yevlax rayon polis şöbəsinin İstintaq bölməsində müvafiq araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində tədbir görülməsi üçün sözügedən qərar Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilmiş və bu səbəbdən hazırki protokolla məhkəməyə müraciət etmişdir. Şəxs müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən “Laçın” şadlıq sarayında əmisi oğlunun toy mərasimi keçirilmiş, o da həmin toyda iştirak etmişdir. Həmin toy zamanı məclisdə müğənnilik edən X7 ilə əmisi X8 arasında mahnı ifa olunmasına görə mübahisə düşdüyünü bilmiş, məsələnin nə olduğunu aydınlaşdırmaq üçün Vüsala yaxınlaşmış, Vüsal isə əmisinin ünvanına söyüşlər işlətdiyindən və həmin vaxt özü içkili olduğundan əsəbləşərək Vüsalın üzünə baş zərbəsi ilə vurmuş və toyda iştirak edən digər qohumlarının təkidi ilə şadlıq sarayının zalını tərk etmişdir. O, X7 ilə barışığa cəhd göstərsə də, Vüsal Həsənov onunla barışmamışdır. Hazırda əməlindən peşmandır, Vüsal Həsənovdan üzr istəyir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax rayonu Qoyunbinəsi Kəndində yerləşən “Laçın" şadlıq sarayında müğənni kimi iştirak edən zaman əvvəələr tanımadığı, sonradan adının X4 ona yaxınlaşaraq toyda iştirak edən qadın müğənnidən mahnı ifa etməsini istəmişdir. Lakin Həcər adlı qadın müğənni həmin mahnını ifa edə bilməyəcəyini bildirdiyindən Cabir Namazov onunla münaqişə etmiş və onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan bir neçə dəqiqə sonra isə Cabir Namozovun qardaşı oğlu Şəxs ona yaxınlaşaraq baş zərbəsi ilə onun burnun nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Şəxs onu vurduqdan bir qədər sonra o, şadlıq sarayından çıxmışdır. Bu zaman X8 ona yaxınlaşmış və şillə zərbəsi ilə onun baş nahiyəsindən vurmuşdur. O, müğənnilik fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini dolandırır, məlum hadisə nətcəsində işə çıxa bilməmiş və o, cəmi 11 toyundan qalmış və təxmini 2200 manat maddi və bir xeyli də mənəvi ziyan çəkmişdir. Hazırda Şəxs şikayətçidir və onun barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2022-ci il tarixli qərarı ilə istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmadığı qənaətinə gələrək, həmin qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində prokurorun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydasının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, habelə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarları nəzərdən keçirərək, işin materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, Şəxs əməlinin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsifi məsələsini müzakirə edərək sonuncunun əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğu qənaətinə gəlir. Belə ki, göründüyü kimi Şəxs şadlıq sarayında, toy məclisinin gedişatında - yəni ictimai yerdə toy məclisinin ahəngini pozmuş, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verərək keçirilən toy məclisində fasilələrin yaranmasına səbəb olmuş, habelə digər qonaqların, toy məclisində xidmət edən şəxslərin gözü önündə X3 üzünə baş zərbəsi ilə vurmaqla Vüsal Həsənova qəsdən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən burun belinin şişkinliyi, qançırı xəsarətləri yetirmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, hadisə şadlıq sarayında toyun gedişatı zamanı digər qonaqların gözü önündə baş vermiş, habelə sözügedən münaqişənin şahidi həm də digər Həcər adlı müğənni olmuşdur. Lakin təhqiqat və istintaq orqanı qeyd olunan hadisənin şahidlərinin izahatlarını almamış hüquqi qiymət vermiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla X4 və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində tədbir görülməsi üçün sözügedən qərar Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Yevlax Rayon Polis Şöbəsində MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolla və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli qərardadla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Yevlax Rayon Polis Şöbəsində MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolla və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli qərardadla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax Rayon Polis Şöbəsinə və həmçinin məlumat üçün Yevlax Rayon Prokurorluğuna göndərilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar