Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-640/2022 20.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis mayoru X6, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən və Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Məhkəməyə təqdim olunmuş protokollarda qeyd olunur ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5980/2016 №-li, 22 avqust 2016-cı il tarixli icra sənədinə əsasən, 7200 manat məbləğində yaranmış aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmiş və 17 iyun 2022-ci il tarixdə saat 23:15 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Neptun marketin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarov izah etdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5980/2016 №-li, 22 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 27 aprel 2016-cı il tarixdən başlayaraq 13 may 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment və 13 may 2015-ci il təvəllüdlü X9 3 yaşına çatanadək hər ay 50 manat aliment alınaraq X8 verilməlidir. Yaranmış 7200 manat məbləğində aliment borcunun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Rövşən Səmədov və Sahil Əzizov 17 iyun 2022-ci il tarixdə birlikdə xidmətdə olarkən saat 23:15 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Neptun marketin qarşısında bir nəfər şəxsin nalayiq söyüşlər söyərək vətəndaşlara əl qol atdığının şahidi olmuşlar. Həmin şəxsə yaxınlaşaraq onu nizam-inztizama dəvət etmələrinə baxmayaraq o, öz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polisşöbəsinə gətirilmişdir.Bundan sonra polis nəfəri, polis serjantı X16 Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati işə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X8 xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişləri almış. Onun icra sənədi üzrə tələbkar Ayşən Həsənovaya 7200 manat məbləğində aliment borcu yaranmışdır. Yaranmış 7200 manat məbləğində aliment borcundan tələbkar Ayşən Həsənovanın xeyrinə 480 manat məbləğində ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəkdir. 17 iyun 2022-ci il tarixdə saat 23 radələrində içkili vəziyyətdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Neptun marketin qarşısında səs-küy salmışdır. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşı yaxınlaşaraq onu sakitləşdirmək istəsədə o, içkili olduğundan ucadan səs-küy salmışdır. Polis əməkdaşı onu məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X14 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Rövşən Səmədov ilə birlikdə 17 iyun 2022-ci il tarixdə xidmətdə olarkən saat 23:15 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Neptun marketin qarşısında bir nəfər şəxsin nalayiq söyüşlər söyərək vətəndaşlara əl qol atdığının şahidi olmuşlar. Həmin şəxsə yaxınlaşaraq onu nizam-inztizama dəvət etmələrinə baxmayaraq o, öz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X11 məhkəmə iclasında şahid Sahil Əzizovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. 17 iyun 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 17 iyun 2022-ci il tarixdə saat 23:45-dən inzibati qaydada tutulmuşdur. 18 iyun 2022-ci il tarixli iltizamdan görünür ki, Şəxs iltizam verərək tutulmadan azad edilmişdir. 143 №-li, 18 iyun 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 15 may 2022-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 3(039)-145/2022 №-li, 15 fevral 2022-ci il tarixli qərardadından görünür ki, Yevlax şəhəri Qaçqın yataqxanasında yaşayan inzibati xəta törətmiş şəxs Şəxs 24 fevral 2022-ci il tarixdə saat 15:00-da məcburi qaydada Yevlax Rayon Məhkəməsinə gətirilməlidir. Yevlax Rayon Məhkəməsinin 3(039)-145/2022 №-li, 10 mart 2022-ci il tarixli qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadələri və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Maddə. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs həmin inzibati xətaları törətməkdə təqsirlidir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məhkəmədən qaçıb gizlənməsini, habelə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən, inzibati xətanı sərxoş halda törətməsini isə ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində və Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində həbs edilsin. Həmin inzibati tənbeh tədbirlər qismən toplanaraq Şəxs 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 20 iyun 2022-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 3,55 (üç saat əlli beş dəqiqə) hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-640/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-640/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver