Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-642/2023 08.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 Yevlax rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1, Müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2 və 510-cu maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş protokollar 08 sentyabr 2023-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Yevlax şəhəri Nizami prospektində “Köhnə körpü” adlanan yerdə ictimai yerdə X5 nəlayiq ifadələrlə söyüb təhqir etmiş, xx.xx.2023-cü il tarixdə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomaşını idarə etdiyi görə və il ərzində təkrar törədiləsi halına yol verilmiş,heç bir əsəslı səbəb olmadan avtomobilə od vuraraq yandırmışdır.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 məhkəmə iclasında çıxış edərək protokola uyğun izahat verib, əlavə olaraq qeyd etmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özünə məxsus VAZ 2106 markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə Yevlax şəhəri Nizami prospekti ilə idarə etmiş,həmçinin göstərilən yerdə,yəni küçədə X8 aralarında mübahisə baş vermiş,mübahisə zamanı Şəxs X2 təhqir etmiş,bıçaqla onu öldürəcəyi ilə hədələyərək ictami qaydanı pozmuş, X4 müraciəti əsasında toplanmış material Şəxs əməlində cinayət tərkibi olmadığından 01 iyul 2023-cü il tarixli “cinatət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində sərxoş vəziyyətdə özünə məxsus VAZ 2106 markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami prospektində DYPB-nin qarşısına heç bir əsaslı səbəbi olmadan avtomobilə od vurub yandıraraq ictimai qaydanı pozmuş, həmin iş üzrə toplanmış materiallarda Şəxs əməlində cinayət tərkibi olmadığından 08 sentyabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, İXM-nin 510-cu maddəsinin tələbini pozduğunu,təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmiş, Yevlax rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 çıxış edərək,Şəxs il ərzində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomobili idarə etdiyi üçün İXM-nin 334.2ci maddəsinin tələbini pozduğunu,təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul ediləsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək, ailəli olduğunu,vətən müharibəsi iştirakçısı olduğunu,”Su Qovuşan azad olunması” uğrunda, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə tərtif olunduğunu, Müşfiq Cumayev onun maşının vurub qaçdığı üçün aralarında mübahisə baş verdiyini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 yüz manat məbləğində inzibati cərimə olunduğunu,həmin o cəriməni ödəməyə imkanının olmadığını, xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-nin DYPB-nə gələrək həmin o cəriməni silmələrinin tələb etdiyini əks halda maşını yandıracağını,hadisə vaxtı sərxoş olduğunu,əməlindən səmimi peşmançılığını,himayəsində az yaşlı uşağın olduğunu bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxış edərək,təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olduğunu, himayəsində az yaşlı uşağın olduğunu,əməlindən səmimi peşman olmasını bildirərək təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Yevlax şəhəri Nizami prospektində “Köhnə körpü” adlanan yerdə ictimai yerdə X5 nəlayiq ifadələrlə söyüb təhqir etmiş, xx.xx.2023-cü il tarixdə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomaşını idarə etdiyi görə və il ərzində təkrar törədiləsi halına yol verilmiş,heç bir əsəslı səbəb olmadan avtomobilə od vuraraq yandırmışdır.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 07 sentyabr 2023-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-da tutulmuşdur Sərxoşluğun müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 939 №li protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 3(039)-505/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi,vətən müharibə iştirakçısı olması, ,”Su Qovuşan azad olunması” uğrunda, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunması, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM- 32.1.1), məsuliyyəti ağırlaşdıran halın inzibati xətanı il ərzində təkrar törətməsini ( İXM- 33.1.2) nəzərə alıb Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinib 1(bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdə saat 19:30-dan hesablansın. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 1 (bir) saat 30(otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 9 (doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-642/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-642/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver