Məhkəmə qərarları › İş №3(039)-644/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-644/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-644/2021 21.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi X7 iştirakı ilə Şəxs-xx.xx.1976-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Tanrıqulular kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 26 iyun 2021-ci il tarixdə X2 döymüşdür. Polis sahə rəisi, polis mayoru X12 əvvəlki məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndində yaşayan X4 26 iyun 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs adlı qonşusunun onu döyməsi barədə məlumat vermişdir. Bununla əlaqədar Yevlax Rayon Polis X5 araşdırmalar aparılmışdır. Yevlax Rayon Polis X6 03 iyul 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta hadisəsi baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sevil İsgəndərova onun qonşusudur. O, heç bir cinayət əməli törətməmişdir, Sevil İsgəndərova ona qarşı şər-böhtan söyləyir, onun ailəsini dağıtmış oğlu Cabbarın qisasını ondan almağa çalışır. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs X4 çıxış edərək bildirmişdir ki, 26 iyun 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evə gedərkən qonşuluqda yaşayan Şəxs onu arxadan vurmuş, yerə yıxıldıqdan sonra onu yerdə döymüşdür. Həmin vaxt səslərinə qonşular gəlmiş, onların köməkliyi ilə ayağa qalxmışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri zərər çəkmiş şəxs Sevil İsgəndərovanın izahatı, Yevlax Rayon Polis X6 təhqiqatçısı, polis kapitanı X8 03 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə və Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X12 tərəfindən tərtib edilmiş MN ******* №-li, 13 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Yevlax Rayon Polis X6 təhqiqatçısı, polis kapitanı X8 03 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və qərarın qəbul olunduğu vaxtdan üç aydan artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs həmin inzibati xətanı törətməsi sübuta yetirilsədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 128.2.1 və 129-cu maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X7 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X9 ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar