Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-645/2021 24.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİİİ tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 03 iyul 2020-ci il tarixdə saat 10.30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 1-ci km-də sürücülük hüququ olmadan idarə etdiyi “QAZ” 3110 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Laçın istiqamətində hərəkət edib sola manevr edərkən avtomobil arxadan sol zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq manevr etmə qaydalarını pozub, zərərçəkmiş şəxsə maddi zərər vuran yol nəqliyyat hadisəsi törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİİİ tağımın yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən 03.07.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, idarə etdiyi “QAZ” 3110 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Namiq adlı şəxsə məxsusdur. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi almamışdır. 03 iyul 2021-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi avtomobillə Yevlax -Ağdam -Laçın yolu ilə Ağdam rayon istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuşdur. Bu zaman qarşısında hərəkətdə olan avtomobili ötmək üçün sol zolağa manevr edib sola dönməyə cəhd etmişdir. Həmin vaxt arxadan gələn “Mercedes Benz” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı o, xəsarət almış və müayinə olunmaq üçün Yevlax RMXya müraciət etmişdir. Avtomobili 60-70 km/saat sürətlə idarə etmiş, spirtli içki qəbul etməmişdir. Avtomobildə qardaşı da olmuşdur. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİİİ tağımın yol patrul xidməti inspektoru, polis serjantı X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 03 iyul 2021-ci il tarixli 300 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həkim müayinəsindən keçirilmiş və ayıq olması məlum olmuşdur. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının 13 iyul 2021-ci il tarixli 482 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- başın təpə nahiyəsinin əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 03.07.2021-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN-nin BDYPİ Qeydiyyat İmtahan İdarəsindən alınmış 28.07.2021-ci il tarixli, 016-88055-1221 saylı məktubdan görünür ki, Şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1975-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu, Nurallar kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-645/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-645/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver