Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-647/2021 17.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aşağı Bucaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon Polis Şöbəsində tərtib olunmuş protokol 17 avqust 2021-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 06.07.2021-ci il tarixdə Yevlax rayonu Yuxarı Salamabad kəndində X3 məxsus evin həyətindən bir ədəd ot biçən aparat və bir ədəd benzinlə işləyən odun doğrayan mişarı oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, Şəxs 06.07.2021-ci il tarixdə Yevlax rayonu Yuxarı Salamabad kəndində X3 məxsus evin həyətindən bir ədəd ot biçən aparat və bir ədəd benzinlə işləyən odun doğrayan mişarı oğurlamışdır. X2 ərizəsi əsasında Yevlax rayon polis şöbəsində araşdırma aparılmış və törədilmiş əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, 06.07.2021-ci il tarixdə yaşadığı evin həyətindən dəyəri 150 manat olan bir ədəd ot biçən aparat və dəyəri 250 manat olan bir ədəd benzinlə işləyən odun doğrayan mişarı oğurlandığını müəyyən edərək dərhal polisə şikayət etmişdir. Bu günə qədər ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, 2021-ci ilin iyul ayının əvvəllərində əvvəllər tanıdığı Ceyhun Əliyevlə birlikdə Yevlax rayonu Yuxarı Salamabad kəndində tanımadıqları şəxsin məhləsindən bir ədəd ot biçən aparat və bir ədəd benzinlə işləyən odun doğrayan mişarı oğurlamışlar. Həmin əşyaları oğurladıqdan sonra onun yaşadığı evdə saxlamışdılar. Polis əməkdaşları onları tutduqdan sonra həmin əşyaların yerini polis əməkdaşlarına bildirmişdilər. Əməlindən peşmandır, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 16 iyul 2021-ci iltarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir; 17 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06.07.2021-ci il tarixdə Yevlax rayonu Yuxarı Salamabad kəndində X3 məxsus bir ədəd ot biçən aparat və bir ədəd benzinlə işləyən odun doğrayan mişarı oğurlamışdır; 16 avqust 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 16 avqust 2021-ci il tarixdə saat 22:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 16 avqust 2021-ci il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-647/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-647/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver