Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-650/2022 18.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X3, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin 17 iyun 2022-ci il tarixli, İQN ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqanın qərarına görə X4 idarə etdiyi “Toyota Camry” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə gorə Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İQN № ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İQN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə guya o, yol hərəkəti qaydalarını pozmuşdur. Onun idarə etdiyi avtomobil yol ayrıcını keçmə qaydalarını pozulması halına yol vermişdir. O, təkidlə bu halı törətmədiyini bildirsə də və YPX əməkdaşından qeyd edilən xətanın törədilməsinə dair sübut kimi ona video görüntünü göstərməyi tələb etməsinə baxmayaraq, ona video görüntü təqdim olunmadan barəsində əsassız olaraq inzibati qərar qəbul edilmişdir. Nəticə etibarı ilə AR İXM-nm 327.2-ci maddəsi ilə əsassız olaraq 60 manat məbləğində cərimə olunmuşdur. Onun avtomobili Toyota Camry markalı **-UO-*** dövlət qeydiyyat nişanlı olmaqla öz mülkiyyətindədir. Protokolu tədbiq eləyən Əliyev Anar ondan qərəzlidir. Bütün bunların səbəbindən barəsində bu haqsız qərarı qəbul edib. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayətin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, xətanın törədildiyi və ondan sonrakı günlər də onun xətanın törətməsinə dair sübut hesab edilən video görüntünü YPX əməkdaşlarından tələb etməsinə baxmayaraq ona həmin video görüntülər təqdim edilməmişdir.Lakin o dəfələrlə müraciət etsə də ona yalnız bu sübutların məhkəmə sorğusu əsasında verilə biləcəyini bildirmişdir.Bundan başqa o, qeyd edilən xətanı törətməmişdir. Bu səbəbdən də Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İQN № ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 04 iyul 2022-vi il tarixli iclasında Yevlax rayonu Yol Patrul Xidməti inspektoru, polis serjanti X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X1 şikayətini əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Heydər Əliyev prospektində xidmətdə olan zaman “Toyota Camry” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcını keçmə qaydalarını pozmuşdur.Bu səbəbdən həmin avtomobil saxlamışlar. Bundan sonra sürücüyə törətdiyi xəta ilə bağlı məlumat verilmiş və protokol tərtib edilmişdir. Bundan sonra sürücü video görüntü tələb etmiş və hadisə ilə bağli video görüntünü qeydiyyati üzrə ünvana Şəki rayon polis şöbəsinin yol patrul xidmətinə göndəriləcəyini bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinə məlumat verilsədə qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 126.2-ci maddəsinə əsasən Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir 134.1.4-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə şikayətçinin və inzibati orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, inzibati xəta haqqinda qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən qeyd olunan faktları sübut edən sənədlər video görüntü təqdim edilmədiyindən işin obyektiv araşdırılması mümkün olmadığından xx.xx.2022-ci il tarixli, İQN № ******* saylı inzibati xəta haqqında qərar ləvğ edilməli və iş baxılmağı üçün yenidən Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İQN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, həmin xətanın törədilməsinə dair səlahiyətli orqan tərəfindən hər hansı bir sübut (nizibati xətanın görüntüsünü əks etdirən video görüntülərin) məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis kapitanı X2 tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İQN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və baxılmağı üçün yenidən Şəki rayon polis şöbəsinin yol patrul xidməti bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-650/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-650/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver