Məhkəmə qərarları › İş №3(039)-656/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-656/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-656/2022 29.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri R.Behbudov küçəsi ev 31-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs 28 iyun 2022-ci il tarixdə saat 20:45-də Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən D.Qorqud parkında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Xəyal Səlimli bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı İlqar Məmmədrzayev 28 iyun 2022-ci il tarixdə saat 20:45 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində D.Qorqud parknda xidmətdə olan zaman ictimai yerdə bir nəfər şəxsin gizlindən onun şəkilini çəkməsini görmüş və həmin şəxs ucadan səs-küy salaraq nalayiq söyüşlər söyərək, ictimai yerdə ictimai qaydanı pozduğunu görmüş, həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də o, qanunsuz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxs polis şöbəsinə gətirilmişdir. Bundan sonra polis sahə rəisi, polis baş leytenantı İlqar Məmmədrzayev raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 28 iyun 2022-ci il tarixdə saat 20:40 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən D.Qorqud parkında telefon ilə danışarkən əsəbləşdiyi üçün nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşı ona yaxınlaşıb nizam-intizama dəvət etdikdə o, əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. O, polis əməkdaşının şəkilini çəkməmişdir. Əməlindən səmimi peşmandır. Polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 28 iyun 2022-ci il tarixdə saat 20:45 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində D.Qorqud parknda xidmətdə olan zaman ictimai yerdə bir nəfər şəxsin gizlindən onun şəkilini çəkməsini görmüş və həmin şəxs ucadan səs-küy salaraq nalayiq söyüşlər söyərək, ictimai yerdə ictimai qaydanı pozduğunu görmüş, həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etsələrdə o, qanunsuz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxs polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. 28 iyun 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 28 iyun 2022-ci il tarixdə saat 21:40-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olmasını və ilk dəfə inzibati xəta törətməsinu məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə 510. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar