Məhkəmə qərarları › İş №3(039)-66/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-66/2020

24.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-66/2020 24.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olan və Yevlax rayonu, Hürüuşağı kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavədə göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1191/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından olan övladları xx xxxxxx 2011 -ci il təvəllüdlü X9 və xx xxxxxx 2014-cü il təvəllüdlü X10 cavabdeh Şəxs alınaraq iddiaçı X7 verilməsi, 17avqust 2011 cı il təvəllüdlü X9, xx xxxxxx 2014-cü il təvəllüdlü X10 və xx xxxx 2016-cı il təvəllüdlü X5 anaları X6 yanında qalmaları, xx xxxxxx 2011 -ci il təvəllüdlü X9 və xx xxxxxx 2014-cü il təvəllü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün onlar analarına verildiyi tarixdən, xx xxxx 2016-cı il təvəllüdlü X1 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 90 manat sabit pul məbləğində aliment iddiçaı X6 xeyrinə tutulmuşdur. Qətnamə xx xxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 90 manat sabit pul məbləğində alimentin iddiaçı X6 xeyrinə tutulması hissəsində dərhal icra edilməldir. İcra sənədi xx xxxxxx 2019-cu il tarixdə Yevlax Rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun yaşadığı ünvanına bildiriş göndərilmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə izahatı alınmış və ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Hazırda borclu Şəxs bu günə olan borcu 900 manat təşkil edir. Hazırkı tarixədək yaranmış aliment borcu borclu tərəfindən ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədinin icrası ilə bağlı izahatının alınmasına cəhd edilsə də o, kassasya şikayəti verdiyini israrla bildirərək aliment borcunu ödəməkdən imtina etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs şikayətçi olduğunu və 900 manat borcunun tam şəkildə ödənilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hazırkı tarixədək yaranmış 900 manat borcunu hazırda tələbkarın xeyrinə ödəyə bilməyəcəyini, lakin ona müəyyən vaxt verilsə borcu hissə-hissə ödəyə biləcəyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 2(039)-1191/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından olan övladları xx xxxx 2016-cı il təvəllüdlü X1 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 90 manat sabit pul məbləğində aliment iddiçaı X6 xeyrinə tutulmuşdur; İcraata başlama haqqında xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, xx xxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 90 manat sabit pul məbləğində aliment iddiaçı X6 xeyrinə tutulmalıdır. Həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1191/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcu 900 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, tələbkarın, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)-1191/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədininicrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçünŞəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin xx xxxxxx 2020-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. düzdür» Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar