Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-66/2023 17.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2, X1nın, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-805/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 10200 manat aliment borcunu və Yevlax Rayon Məhkəməsinin 3(039)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 300 manat cəriməsini ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından bu müddət ərzində onunla əlaqə saxlamaq mümkün olmamışdır və nəticədə onun yerini müəyyən etmək üçün barəsində axtarış elan olunmuşdur. xx.xx.2023-cü il tarixdə borclu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təqdim olunmuşdur. Şöbədə icra sənədlərinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədləri üzrə hazırkı tarixədək yaranmış 10200 manat aliment borcunu və 300 manat cəriməsini ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-805/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə rəsmi qaydada olmasa da ara bir tələbkara pul ödəmişdir, Yevlax Rayon Məhkəməsinin 3(039)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 300 manat cəriməsini və qalıq aliment borcunu isə hazırda maddi imkansızlığı səbəbindən ödəyə bilmir. Barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, nikahları pozulduqdan sonra borclu cəmi 500 manat ona pul vermişdir. Uşaqları saxlmaqda maddi çətinlik çəkir. Hazırda Şəxs şikayətçi olduğunu, aliment borcunun ödənilməsini, ödənilməyəcəyi təqdirdə sonuncunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında X9 barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-805/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 10200 manat aliment borcunu və Yevlax Rayon Məhkəməsinin 3(039)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 300 manat cəriməsini ödəməkdən yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-805/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarıı üçün hər ay 100 manat olmaqla cəmi 300 manat aliment X6 xeyrinə verilməlidir; Yevlax Rayon Məhkəməsinin 3(039)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə edilmişdir. bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-805/2020 saylı, xx.xx.2020-ci il tarixli və Yevlax Rayon Məhkəməsinin 3(039)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilməsi və qərar üzrə tədbirlərin bir icraatda davam etdirilməsi qərara alınmşdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə aktları ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)-805/2020 saylı, xx.xx.2020-ci il tarixli və Yevlax Rayon Məhkəməsinin 3(039)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 1 (bir) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 9 (doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-66/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-66/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver