Məhkəmə qərarları › İş №3(039)-66/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-66/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-66/2024 14.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Şəxs X4 Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X4 Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-10180/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci il üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilbsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Nəsib Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 fevral 2024-cü il tarixli, **********316300 №-li məlumatların təqdim edilməsi haqqında məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, Şəxs X4 Cəmiyyətinin (VÖEN: **********) 100 % səhmləri Azərbaycan Respublikasına məxsusdur. Elektron Məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs X4 Cəmiyyətinin rəhbəri X1r. Yevlax Rayon Qeydiyyat Şöbəsinin 16 fevral 2024-cü il tarixli, 3-16-5/8-13-100/2024 məktubu ilə göndərilmiş ölüm haqqında akt qeydindən görünür ki, X2 11 iyul 2020-ci il tarixdə ölmüşdür. İnzibati Xətalar Məcəlləsi: Maddə 48. inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.6 protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; Odur ki, inzibati xəta haqqında materialın tam olmadığı aşkardır və işə baxılarkən bu nöqsanların aradan qaldırılmasını mümkün deyil, belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, İnzibati Xətalar Məcəlləsinin 109, 111, 128-130-cu maddəlləri rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs X4 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Sədrlik edən Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar