Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-663/2020 06.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Yevlax rayonu Əkşəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Əkşəm kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020ci il tarixdə Bərdə yolunun sağ hissəsində yerləşən “Ləzzət” kafesinin yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində polis nəfərləri Bərdə yolunun sağ hissəsində yerləşən “Ləzzət” kafesinin yaxınlığında xidmətdə olarkən bir nəfər vətəndaşın ucadan səs-küy salaraq söyüş söydüyünü görmüşlər. Onlar həmin vətəndaşa yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaş polis nəfərlərinin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Polis əməkdaşları həmin vətəndaşı saxlayaraq polis şöbəsinə gətirmişdilər. Polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə spirtli içki qəbul etdikdən sonra avtovağzalın yaxınlığında yerləşən tanıdığı bir adamla rastlaşmışdır və onunla mübahisələri olmuşdur. Bundan sonra o, özündən asılı olmayan səbəblərdən əsəbləşərək ünvansız söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları gələrək onu nizamintizama dəvət etsələr də o, əsəbi oluğundan öz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə o və digər polis əməkdaşı X5 xidmətdə olan zaman Yevlax şəhərinin ərazisində Bərdə yolunun üstündə yerləşən “Ləzzət” kafesinin yaxınlığında bir nəfər vətəndaşın ucadan söyüş söydüyünü görüb həmin vətəndaşa yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bundan sonra həmin vətəndaş rayon polis şöbəsinə aparılmış, vətəndaş polis şöbəsinin inzibati binasında olarkən də qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 şahid X2 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Bərdə yolunun sağ hissəsində yerləşən “Ləzzət” kafesinin yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 216 №-li, xx xxxxxxx 2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx xxxxxxx 2020-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxsxx xxxxxxx 2020-ci il tarixdə, saat 11:40-dan tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidlərin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM 33.1.7)nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 11:40-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-663/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-663/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver