Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-663/2021 13.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Yevlax rayonu Qaramanlı kəndində yaşayan Şəxs vəsatətinə iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax Rayon Məhkəməsinin 3(039)-663/2021 №-li, 07.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətə məhdudlaşdırılmışdır. Şəxs vəsatətlə məhkəməyə müraciət edərək 19.01.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində əsasən ona tətbiq edilmiş 10 manat məbləğində cəriməni və həmin cərimənin üzərinə hesablanmış 6 manat məbləğində dəbbə pulunu, cəmi 16 manat məbləğində pulu müvafiq bank hesabına ödədiyini göstərib nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətə məhdudlaşdırılmasına dair Yevlax Rayon Məhkəməsinin 3(039)-663/2021 №-li, 07.09.2021ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə vəsatət vermiş şəxs Şəxs xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə vəsatətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Şəxs vəsatətinı və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, vəsatət əsaslıdır. Belə ki, vəsatətə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin 10.09.2021-ci il tarixli, 332 №-li məktubundan görünür ki, Şəxs ona tətbiq edilmiş cərimə borcunu tam şəkildə müvafiq bank hesabına ödəmişdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə qanunun yuxarıda göstərilən müddəalarına əsasən bu nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu müvafiq bank hesabına tam şəkildə ödədiyi üçün onun barəsində olan 07.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara məhkəmə tərəfindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Yevlax Rayon Məhkəməsinin 3(039)-663/2021 №-li, 07.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-663/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-663/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver