Məhkəmə qərarları › İş №3(039)-664/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-664/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-664/2020 06.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxx 2020-ci il tarixdə saat 15.00 radələrində, Yevlax rayonu, Qaraməmmədli kəndində küçədə, Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağ bazunun qançırı, sağ körpücük altı nahiyənin sıyrığı xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşayır. Sevinclə qonşu kimi heç bir münasibəti yoxdur. xx.xx.2020-ci il tarixdə həyat yoldaşı X5 özünə məxsus olan Kamaz markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşını yüklü vəziyyətdə küçədə darvazanın qarşısında saxlamışdır. Saat 15 radəiərində həyat yoldaşı Rusif darvazadan küçəyə çıxdıqda, küçədə Sevincin ona nalayiq sözlər dediyini eşitmiş və özü də küçəyə çıxmışdır. Sevinc Rusifə mənim həyat yoldaşımla dostluq etmə, onu evinizə gəlməsinə icazə verməyin demişdir. Rusif də Sevincə Sadiqlə yaxşı münasibəti olduğunu və qohum kimi onlara gəlib-getdiyini bildirmişdir. Sevinc Rusifə onun əxlaqsız olduğunu demişdir. O, da reaksiya verib Sevincə cavab qaytarmışdır. Bu zaman Sevinc onun üstünə gəlib sinəsindən vuraraq yerə yıxmışdır. Qızları Aysu və Aysellə birlikdə onun qollarını çırıb xəsarət yetirmişlər. Sevinc daşla onun sağ qoluna, sonra isə daşla xx.xx.2013-cü il təvəllüdlü oğlu X1 ayağına vurmuşdur. Bundan sonra Sevinc, qızları Aysu və Aysel Rusifin kamazının şüşülərini daşla vuraraq sındırmışlar. Bundan sonra qonşular onları sakitləşdirmişlər. Mübahisə zamanı Sevinc ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Özünü İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş əməldə təqsirli bilmir. Məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır. Şəxs onun qonşusudur. xx.xx.2020-ci il il tarixdə yaşadıqları Yevlax rayonu, Qaraməmmədli kəndində küçədə Şəxs və onun əri Rusif Məmmədovla aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Şəxs onu döyərək, ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Yevlax rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Yevlax rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspetiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, Şəxs müraciəti üzrə ilkin olaraq təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən araşdırma aparılmışdır. X8 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarla material Azərbaycan Respublikası CPM- nin 213.1.1-ci maddəsinə əsasən Yevlax rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmiş, material araşdırmanın davam etdirilməsi üçün həmin tarixdə Yevlax RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğluna həvalə edilmişdir. X12 araşdırma zamanı şəxslərin əməllərində cinayət tərkibi olmaması qənaətinə gələrək xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xətasının tərkibi olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün xx xxxx 2020-ci il tarixli qərarın surəti Yevlax rayon polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə Yevlax rayon prokurorluğuna ərizə ilə müraciət edərək Rusif Məmmədovla aralarında yaranmış münaqişə ilə bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparıldığını, araşdırmanın yekununda özünün 300 manat cərimə edildiyini, lakin, Rusif Məmmədov və arvadı Şəxs barəsində heç bir qanunu tədbir görülmədiyini bildirmişdir. Material Yevlax rayon prokuroru tərəfindən nəzarət qaydasında tələb edilərək öyrənilmiş, müəyyən edilmişdir ki, Şəxs və X4 Sevinc Əyyub qızma dərəcəsi təyin edilməyən sağ bazunun qançırı, sağ körpücükaltı nahiyyənin sıyrığı xəsarətləri, həmçinin, onun qızı X9ma dərəcəsi təyin edilməyən sol diz nahiyyəsinin, sağ dizin ön səthinin qançırı xəsarətləri yetirməsinə baxmayaraq onların əməlinə həmin hissədə hüquqi qiymət verilməmişdir. Yevlax rayon Prokuroru tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın hissəvi ləğv edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2, Yevlax rayon Şöbəsinin xx xxx 2020-ci il tarixli 272 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət-sağ bazunun qançırı, sağ körpücükaltı nahiyyənin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(039)-438/2020 saylı qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman qızının əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs Bəhman qızının haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman oğlunun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman qızı təqsirli bilindiyi İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: xx xxxxxxxx 1991-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Bəhman qızı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən Yevlax rayon Məhkəməsi vasitəsilə 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar