Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-665/2020 06.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxx 2020-ci il tarixdə yaşadığı Yevlax rayonu, Qaraməmmədli kəndində küçədə, Zərərçəkmiş şəxs1 ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 vəö Zərərçəkmiş şəxs2 qəsdən vuraraq, Zərərçəkmiş şəxs1 sağ bazunun qançırı, sağ körpücük altı nahiyənin sıyrığı, Zərərçəkmiş şəxs2 isə sol diz nahiyyəsinin, sağ dizin ön səthinin qançırı xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır. Ailəsini dolandırmaq üçün özünə məxsus olan “Kamaz-55111” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifariş əsasında yük daşımaqla məşğul olura. xx xxx 2020-ci il tarixdə istifadə etdiyi telefonla 102 xidmətinə zəng edərək qonşusu Zərərçəkmiş şəxs1 barəsində şikayət etmişdir. Həmçinin, arvadı X4 həmin tarixdə Sevincin onu və oğlu Ramalı döyməsi, avtomobilimin şüşələrini sındırıb maddi ziyan vurması barədə Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2005-2006-cı il tarixdən tanıyır. Həmin vaxt Sevinc ailə üzvləri ilə birlikdə yaşadığı evin qonşuluğunda yerləşən evə köçmüşdür. Sevincin Aysu və Aysel adlı iki qızı və Amal adlı bir oğlu var. Sevincin ərinin adı Sadiqdir, hamı onu “Xımı” adı ilə tanıyır. Onun Sevinclə və onun ailə üzvləri ilə qohumluğu yoxdur. Sevinclə aralarında ədavət və düşmənçilik olmamışdır. Sevinc heç kimlə normal münasibət saxlaya bilmədiyi üçün, onun və ailə üzvlərinin də onunla yaxın münasibəti olmamışdır. Sevincin əri Sadiq sakit təbiətli şəxsdir. Onun Sadiqlə yaxşı münasibəti var. Sadiq bəzi vaxt onun yaşdığı evə gəlir, onunla söhbət edir, çay içir, yemək yeyir və sonra çıxıb gedir. Sadiqin onlara gəlməsinə arvadı Sevinc həmişə etiraz etmişdir. xx xxx 2020-ci il tarixdə saat 12 rədələrındə idarə etdiyi Kamaz-55111” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gəlmişdir və avtomobilini yaşadığı evin həyət darvazasının qarşı tərəfində dayandırmışdır. Avtomobillə həmkəndlisi Səadətin sifarişi əsasında qum yükü gətirmişdir. Saat 14:30 radələrində qumu Səadətin yaşadığı ünvana aparmaq üçün yaşadığı evdən darvazanın qarşı tərəfində yerləşən küçəyə çıxmışdır. Həmin vaxt Sevinc onun yanına gələrək, əri Sadiqlə birlikdə gecə saatlarında əxlaqsız qadın yanına getdiklərini demişdir. Sevincə yalan danışdığını, gecə saatlarında ailəsi ilə birlikdə yaşadığı evdə olduğunu demişdir. Sevinc uca səslə onun və ailə üzvlərimin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra arvadı Ağca azyaşlı oğlu Ramalla birlikdə onun yanıma gəlmişlər. Sevincin qızları Aysel və Aysu da orada olmuşlar. Həmin vaxt Sevinc yerdən bır neçə ədəd daş götürüb ona məxsus "Kamaz” markalı avtomobilin ön alın şüşəsinə zərbə ilə vurmuşdur. Avtomobilimin ön alın şüşəsi Sevincin daş zərbələrindən təxminən 6-7 yerdən sınmışdır. Bundan sonra Sevinc yerdən bir ədəd daş götürüb arvadı Ağcaya ataraq onu vurmuşdur. Sevinc Ağcanın üstünə hücum edərək onu yerə yıxmış, yumruqla Ağcanın qollarından, başından və bədəninin digər nahiyələrindən vuraraq onu döyməyə başlamışdır. Sevinc Ağcanı yerdə sürüyərkən o, araya girib Ağcanı Sevincin əlindən almışdır. Həmin vaxt Sevinc daşla bir neçə dəfə oğlu Ramalın ayaqlarından və bədəninin digər nahiyələrindən vurmuşdur. Qonşular gələrək Sevinci sakitləşdirməyə çalışmışlar. Bundan sonra o, ailə üzvləri ilə birlikdə yaşadığı evə daxil olmuşdur. Sonra istifadə etdiyi telefonla 102-yə rəng edərək Sevincin barəsində şikayət etmişdir. O, Ağcanın sinəsindən, qollarından böyründən və digər nahiyələrındən cırılmış, qızarmış, Ramalın isə ayaqlarından qızarmış xəsarətlər aldığını görmüşdür. Göründüyü kimi Sevinc onun ailə üzvlərinə müxtəlif bədən xəsarətləri yetirmişdir. Bundan əlavə mübahisə zamanı Sevinc onun avtomobilinədə ziyan vurmuşdur. Özünü İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş əməldə təqsirli bilmir. Məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır. Şəxs onun qonşusudur. xx.xx.2020-ci il il tarixdə yaşadıqları Yevlax rayonu, Qaraməmmədli kəndində küçədə Ağca Məmmədova və onun əri Şəxsla aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş, sonra isə Rusif və onun arvadı Ağca Məmmədova onu və qızı Zərərçəkmiş şəxs2 qəsdən vuraraq onlara müxtəlif bədən xəsarətləri yetirmişlər. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır. Şəxs və onun ailə üzvləri ilə qonşuluqda yaşayırlar. xx.xx.2020-ci il tarixdə yaşadıqları Yevlax rayonu, Qaraməmmədli kəndində küçədə anası Sevinc Məmmədova ilə qonşuları Ağca Məmmədova və onun əri Şəxsla aralarında mübahisə baş vermişdir. Həmin vaxt o da anasının yanında olmuşdur. Baş vermiş mübahisə zamanı Şəxs və onun arvadı Ağca Məmmədova onu və anası Sevinci qəsdən vuraraq onlara müxtəlif bədən xəsarətləri yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Yevlax rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Yevlax rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspetiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 xx xxx 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, qonşusu Şəxs bir neçə ildir ki, onun ailəsini dağıtdığını, keçmiş həyat yoldaşının haqqında nalayiq ifadələr işlətdiyini, azyaşlı oğlunu Kamaz markalı avtomobillə basdığını, avtomobillə onun qızlarına siqnal verdiyini, qızlarını və ona şər atdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 müraciəti üzrə ilkin olaraq təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən araşdırma aparılmışdır. X5 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarla material Azərbaycan Respublikası CPM- nin 213.1.1-ci maddəsinə əsasən Yevlax rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmiş, material araşdırmanın davam etdirilməsi üçün həmin tarixdə Yevlax RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğluna həvalə edilmişdir. X7 araşdırma zamanı şəxslərin əməllərində cinayət tərkibi olmaması qənaətinə gələrək xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xətasının tərkibi olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün xx xxxx 2020-ci il tarixli qərarın surəti Yevlax rayon polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs1 xx xxxx 2020-ci il tarixdə Yevlax rayon prokurorluğuna ərizə ilə müraciət edərək Şəxsla aralarında yaranmış münaqişə ilə bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparıldığını, araşdırmanın yekununda özünün 300 manat cərimə edildiyini, lakin, Şəxs və arvadı Ağca Məmmədova barəsində heç bir qanunu tədbir görülmədiyini bildirmişdir. Material Yevlax rayon prokuroru tərəfindən nəzarət qaydasında tələb edilərək öyrənilmiş, müəyyən edilmişdir ki, Ağca Məmmədova və Şəxs Zərərçəkmiş şəxs1 qızma dərəcəsi təyin edilməyən sağ bazunun qançırı, sağ körpücükaltı nahiyyənin sıyrığı xəsarətləri, həmçinin, onun qızı Zərərçəkmiş şəxs2 qızma dərəcəsi təyin edilməyən sol diz nahiyyəsinin, sağ dizin ön səthinin qançırı xəsarətləri yetirməsinə baxmayaraq onların əməlinə həmin hissədə hüquqi qiymət verilməmişdir. Yevlax rayon Prokuroru tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın hissəvi ləğv edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X1, Yevlax rayon Şöbəsinin xx xxx 2020-ci il tarixli 272 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət-sağ bazunun qançırı, sağ körpücükaltı nahiyyənin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X1, Yevlax rayon Şöbəsinin xx xxx 2020-ci il tarixli 276 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət-sol diz nahiyəsinin sağ dizin ön səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(039)-438/2020 saylı qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : xx.xx.1986-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən Yevlax rayon Məhkəməsi vasitəsilə 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-665/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-665/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver