Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-666/2022 18.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon polis söbəsinin İstintaq Bölməsinin müstəntiqi,polis mayoru X3 Yevlax rayon prokurorunun köməkçisi X1 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri,Mahrasa bağı,bina 17,mənzil 17-də qeydiyyatda olan Şəxs ğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 343.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon prokurorluğundan daxil inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında materialından görünür ki, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş,Azerbaycan Respubliksının vətəndaşı,subay,ali təhsilli, Gəncə şəhər BPİNnin 1-ci PŞ-nin Kadrlar Qrupunun KPHÜ baş inspektoru işləyən,polis leytenantı,məhkum olunmamış, Gəncə şəhəri,Mahrasa bağı,bina 17,mənzil 17-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunu köməkçisi X2 izahatında 17 iyul 2022ci ildə saat 03.15-də Yevlax rayonunun Salahlı kəndi istiqamətindən keçən yolda yolnəqliyyat hadisəsi baş verməsi barədə növbətçi hissədən məlumat verilmişdir. Həmin məlumat əsasında müəyyən olunmuşdur ki, ”Chevrolet Cruze” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomaşın Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndinin ərazisindən keçən 9-cu km-də yoldan çıxaraq torpaqlıq sahədə dayanmışdır. Hadisə yerinə baxış keçirilmiş və protokol tərtib edilmişdir. Həmin vaxtı avtomobili idarə edən Gəncə şəhər BPİN-nin 1-ci PŞ-nin Kadrlar Qrupunun KPHÜ baş inspektoru işləyən, polis leytenantı Şəxs olduğu müəyyən edilmişdir. Şəxs izahatının alınması, sərxoşluq müayinəsindən keçirilməsi və tibbi ekspertizadan keçirilməsi məqsədi ilə Yevla RPŞ-ə dəvət olunmuşdur. Şəxsn spirtli içki iyi gəlmişdir. X7 sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməkdən imtina etmiş və daha sonra şöbəni tərk edərək çıxıb getmişdir. 17 iyun 2022-ci ildə saat 15.43-də Şəxs sərxoşluq vəziyyətinin müayinəsindən kecirilmiş və sərxoş olmaması barədə akt verilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, 17 iyun 2022 ci il tarixdə gecə saat 01.00 radələrində ona məxsus olan idarə etdi “Chevrolet Cruze ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Orxan Qəribovla birlikdə Yevlax rayonundan Gəncə istiqamətinə gedirmişlər.Həmin Vaxtı spirtli içki qəbul etməmişdir.Yolun qaranlıq və sərt döngəli olması ilə idarə etmeni itirmiş və avtomobili təhlükə yaratmamaq üçün yolun sol hissəsinə çəkib,torpaqliq yola düşmüşdür.Həmin vaxti o və orxan avtomobildən cıxmışlar.Avtomobildən cıxdıqdan sonra ora YPX əməkdaşları yaxınlaşmışlar.Baş vermiş hadisə onun diqqətsizliyindən və yolun qaranlıq və döngəli olmasi səbəbindən baş vermişdir. Hadisə zamani Orxan Qəribov və Şəxs hec bir bədən xəsarəti almamışlar. Lakin tibbi müayinədən keçməkdən imtina etmişdir. Həmin əməlindən peşmandır, özünü İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati xəta haqqında iş üzrə icraat başlanması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 343.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; Həmin qərarda məhkəmə tibbi ekspertizasının 410 və 411 saylə rəyləri ilə Qəribov Orxan və Şəxs bədəni üzərindən heç bir xəsarət və xəsarət izləri aşkar edilməməsi müəyyən olunmuşdur; Həmin qərarda Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan AE 100175 nömrəli sürücülük vəsiqəsinin olması müəyyən olunmuşdur; X4 markalı 20EF 203 dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs məxsusluğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 102.2.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. 103.1.-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. [83] 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 343.1-ci maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaların”ın 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəqliyyat vasitəsini idarə edən şəxsin nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstündə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin Qaydalann 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina edildikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar biruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının: -2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. -2.3-cü maddəsinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. -2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir -2.5-ci maddəsinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. -2.6-cı maddəsinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. -2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. -3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. -3.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs həmin vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması yuxarıda qeyd edilən qanuna normativ hüquqi aktlara əsasən müəyyən edilməli idi. Onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması, inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda, xəta törətmiş şəxsdən spirtli iyin gəməsi ilə müəyyən edilmişdir Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir.Bu səbəbdən də,polis əməkdaşının Şəxs spirtli içki iyinin gəlməsi kimi verdiyi ifadə sonuncunun sərxoş olduğunu sübut etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə müvafiq olaraq, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilir. Odur ki, 333.1-ci maddəyə münasibətdə iş üzrə icraata xitam verilməli, lakin şəxs tibbi müayinədən keçməkdən imtina etdiyi üçün İXM 343.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-666/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-666/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver