Məhkəmə qərarları › İş №3(039)-666/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-666/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-666/2023 21.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 15 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(076)-1202/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs 4136 manat aliment borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış 4136 manat borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək Zərərçəkmiş şəxs ilə birgə nigah dövründə 2 uşağın olduğunu,uşaqlardan Ayazın psixi xəstə olduğunu,uşağ 3 yaşından bəri tələbkarın əmisi Elxanın qeyri rəsmi himayəsində olduğunu,hal-hazırda Ayaz Moskva şəhərdə Elxanın yanında olduğunu,Ayazın saxlanılmasında bütün xərcləri Elxan tərəfindən qarşılandığını,Ayazın xərclərindən Zinyətin xəbəri olmadığını,Ayazın saxlanılmasında Zərərçəkmiş şəxs tərəfindən hər-hansı yardım göstərilmədiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək bildirdiki, Şəxs ilə Zərərçəkmiş şəxs birgə nigah dövründə 2 uşaqları olmuş,nigah pozulan zaman Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2 uşaq Zərərçəkmiş şəxs himayəsinə verilmişdir.Ayaz adlı uşaqları qüsurlu olduğu üçün 3 yaşından Zinyətin əmisi Elxanın qeyri rəsmi himayəsinə verilmiş və Rusiya Federasiyasına göndərilmiş,Ayazın bütün xərclərini Elxan tərəfindən qarşılandığını,necə zamandır ki uşağını gedib görə bilmədiyini,Zərərçəkmiş şəxs uşağa çəkilən xərclərdən xəbəri olmadığını,çəkilən xərcləri qarşılamadığını,onunla maraqlanmadığını,tərbiyəsi ilə məşğul olmadığını,1 uşağa münasibətdə Şəxs yetərincə alimenti ödədiyini bildirərək hüquqlarını müdafiə etdiyi Şəxs barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək, Şəxsla birgə nikah dövründə 2 uşağının olduğunu,Ayaz adlı oğlunun 3 yaşından qüsurlu olduğunu,müalicəsi üçün Əmisi Elxanın yanına Moskva şəhərinə apardığını,Ayaz orada müalcə olunduğunu,oğlu qüsurlu olduğu üçün Əli uşağı ilə maraqlanmadığını,alimenti tam ödəmədiyini, oğlu Ayaz əmisi Elxanın himayəsində olsada bütün zəruri xərclərini o qarşıladığını, bildirərək icra sənədinin tam təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(076)-1202/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs 4136 manat aliment borcunu ödəməkdən yayınmışdır. İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın sürətindən görünür ki,boclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmişdir. Yevlax Rayon Məhkəməsinin 3(039)-666/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki Şəxs barəsində Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-291/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 3(039)-666/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilişmiş,işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3405/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(076)-1202/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki,uşaq hazırda Moskva şəhərində olması, Şəxs icra məmurunun qanuni tələbini icra etməkdən azad etmir.Həmçinin Şəmkir rayon məhkəməsinin qərarına əsasən uşaqlar tələbkar Zərərçəkmiş şəxs himayəsinə verildiyindən, uşaqları üzərində öhdəciliyi olduğundan,borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən saat 13.20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar