Məhkəmə qərarları › İş №3(039)-667/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-667/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-667/2020 07.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X3 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə inspektoru, polis mayoru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs x xxxxxxx 2020-ci il tairxdə Yevlax şəhəri M .Hüseyn küçəsində X4 şəxsi münasibətlər zəmnində döyərək onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis şöbəsinin x xxxxxxx 2020-ciil tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, x xxxxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri R.Behbudov küçəsi ev- 18 də yaşayan X5 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə Xəyal adlı şəxsin onu vurmaqla bədən xəsarəti yetirdiyini bildirmişdir. Yevlax RPŞ-nin x xxxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin sahə inspektoru izah etdi ki, x xxxxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri R.Behbudov küçəsi ev- 18 də yaşayan X5 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə Xəyal adlı şəxsin onu vurmaqla bədən xəsarəti yetirdiyini bildirmişdir. Yevlax RPŞ-nin İB-nin x xxxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.lakin onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax şəhərindəyaşayır ailəlilidir .Zərərcəkmiş şəxs onun keçmiş müdiri olub. Aralarında mübahisə onu ixtisara salmaqı üstündə olmuşdur. Mübahisə zamanı onun vurmuşdur. Hazırda barışmışlar və əməlidən peşmandır. Məhkəmədən hazırda zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu nəzərə alaraq, iznibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izah etdi ki, Yevlax şəhərində yaşayır Şəxs onun işçisi olub .. Hazırda Şəxsla barışmışlar.. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını və hazırda onunla barışdığını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon Polis şöbəsinin sahə inspektorunun izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar