Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-667/2022 22.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin Vİİİ tağımının xx.xx.2022-ci il tarixli İXP ******* sayli protokoldan məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında olan protokola xitam verilməsini, məhkəmə funksiyasını yerinə yetirilməklə, Yevlax rayon polis şöbəsində toplanmış bütün iş materialların məhkəməyə gətirilərək, məhkəmə araşdırması aparılmaqla, dərhal cinayət təqibinin başlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətin geri qaytarılması barədə ərizəsi təmin olunmalı və şikayət baxılmadan onu vermiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddur 132.1.3-cü maddəsinə əsasən vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-667/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-667/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver