Məhkəmə qərarları › İş №3(039)-667/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-667/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-667/2023 05.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 2000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X3 göstərişi ilə işlətdiyi metal tullantıları anbarının həyətində istehsalat və məişət tullantılarının işçiləri tərəfindən qalaqlanaraq yandırılması faktı aşkar edilmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 22 avqust 2023-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə X5 2000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olduğunu,Qarabağ qazısı,ikinci qrup müharibə əlili olduğunu,metal tullantılarının qəbulu anbarını işlətdiyini,işçisinə tapşırıq verərək anbarı təmizləyib səliqəyə salınmaq göstərişini verdiyini,özüdə otaqına getdiyini,işçidə onun göstərişi ilə anbarı təmizləyib yığılan zibilləri yandırdığını,anbara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişləri yaxınlaşaraq yanğının kim tərəfindən törədildiyini soruşduğunu,o da onun göstərişi ilə işçisinin törətdiyini,müfəttişlər bu yanğının icazəsiz törədilməsi inzibati xətanın tərkib əlamətlərini yaratdığını,yanğının törədilməsi üçün xüsusi icazənin alınmasını,o da həmin icazənin alınmasından xəbərsiz olduğunu,müfəttişlər ona protokol tərtib etdiklərini,o protokolun nə olduğunu soruşanda ona ocaq qalamağın təkrarlanmaması üçün guya onu xəbərdarlıq edildiyini,qərar ona poçt vasitəsi ilə çatanda 2000 manat cərimə olunduğunu,ən azından birinci səfərində xəbədarlıq edilməsini,lakin hec bir xəbərdarlıq olunmadan cərimə edildiyini,izahatını müfəttişlərin sözləri ilə yazdığını,cərimə işçimə yazılsaydı fiziki şəxs kimi 500 manat,ancaq vəfizəli şəxs kimi onu göstərin 2000 manat cərimə yazıldığını,həmin cəriməni ödəməyə imkanın olmadığını və cərimənin əsassız yerə yazıldığını düşünərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiç etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 Elnur Məhyəddin oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 avqust 2023-cü il tarixli 381 saylı sərəncamına əsasən X10 ilə Əlaqəli reyd keçirilmiş,reyd zamanı Yevlax şəhəri Kamil Sadiqov küçəsində Metal Tullantıları qəbulu anbarında istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edilmiş,bununla bağlı anbarın rəhbəri X4 izahat verməyi bildirilmiş,Elnur Mustafayev izahatında Yevlax şəhəri Kamil Sadiqov küçəsində Metal Tullantıları qəbulu anbarını işlətdiyini,anbarın həyətində yanğını onun göstərişi ilə işçiləri tərəfindən törədildiyini,araşdırma nəticəsində Elnur Mustafayevin işlətdiyi Metal Tullantıları qəbulu anbarının həyətində istehsalat və məişət tullantılarının yandırılmasına görə “İstehsalat və Məişət tullantıları haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il № 514 qanunun tələbini pozmaqla İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tərkib əlamətinin yarandığını,Elnur Mustafayev tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək qərarın qüvvədə qalmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, X3 göstərişi ilə işlətdiyi metal tullantıları anbarının həyətində istehsalat və məişət tullantılarının işçiləri tərəfindən qalaqlanaraq yandırılması faktı aşkar edilmişdir.Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 22 avqust 2023-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə X5 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X10 tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X3 göstərişi ilə işləydiyi Yevlax şəhəri Kamil Sadiqov küçəsində Metal Tullantıları qəbulu anbarının həyətində istehsalat və məişət tullantılarının işçiləri tərəfindən qalanlanaraq yandırılması faktı aşkar edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinmişdir. X1, şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, vermiş olduğu izahatında istehsalat və məişət tullantılarının onun göstərişi ilə işçiləri tərəfindən qalaqlanaraq yandırılması, “İstehsalat və Məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanunun tələbinə riayət etməməsi,və bu yanğını törədilməsi ilə bağlı səlahiyyətli orqanın nümayəndəlirə müraciət etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X3 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar