Məhkəmə qərarları › İş №3(039)-669/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-669/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-669/2025 22.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2, X1, X1 vəkili X9, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Nəmərli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Əliyev X3 şəhər Məhkəməsinin 2(051)-2636/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 17990 manat aliment borcunu ödəməkdən yayınmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2636/2018 saylı qətnaməsinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün hər ay cəmi 260 manat alimentin tutulub tələbkar X7 verilməlidir..Həmin məhkəmə qətnaməsi icra olunması üçün borclunun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.Borclu barəsində bir sıra icra tədbirləri görülmüş sonuncu dəfə borclu barəsində tələbkara 17000 min manat borcun ödənilməməsi barədə inzibati protokol tərtib edilmişdir.Həmin protokolla əlaqədar Abşeron rayon Məhkəməsində borclu barəsində inzibati işə baxılmış və məhkəmənin qərarı ilə borclu Şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir.Həbsdən bir müddət sonra Abşeron rayon İcra və Probasiya Şöbəsi borcun ödənilməsi üçün borclunun Yevlax rayon ərazisində yaşaması səbəbindən icra sənədinin icra edilməsi üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir.Bundan sonra Yevlax rayon Məhkəməsi tərəfindən borclunun mediasiyadan daxil olmuş barışıq sazişi əsasında mövcud olan aliment borcunun 2022-ci ilin noyabr ayından hesablanması barədə qərardad qəbul etmişdir.Borclu həmin qərardada istinad edərək 4100 manat aliment borcunu tamamilə ödəməsini bildirmiş və icra və probasiya şöbəsində verdiyi izahatında borcunun olmamasını qeyd etmişdir.Lakin tələbkar və onun vəkili Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən hesablanan 17000 manat aliment borcunu mübahisələndirmişlər.Yevlax rayon İcra və Probasiya Şöbəsində tərəflərin barışıması üçün edilən təkliflərlə tərəflər razı olmamışlar.Buna əsasən borclu barəsində il ərzində təkrarən inzibati xəta törətməsi səbəbi ilə inzibati protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2636/2018 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün hər ay cəmi 260 manata alimentin məndən tutulub tələbkar X7 verilməsi qət edilmişdir.Lakin həmin məhkəmə qətnaməsi qəbul edilsədə aralarında olan nikah pozulmamışdır.Borclu və tələbkar 2022-ci ilin noyabr ayına kimi bir yerdə yaşamış həmin vaxtdan sonra tələbkar uşaqları özü ilə götürüb evdən çıxıb getmişdir.Borclu 2018-ci ildən 2022-ci ilə kimi biryerdə yaşadıqları üçün aliment ödəməmişdir.Tərəflər daha sonra mediasiyaya müraciət etmiş və orada barışıq sazişi bağlamışlar. Borclu Şəxs alimentlə əlaqədar borcu olmadığını bildirmişdir. Hazırda tələbkar ilə aralarında ödənişə dair razılıq ələ etmişlər.Buna dair ərizəsini məhkəməyə təqdim edərək iş üzə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə tələbkar X10 məhkəmə iclasında bildirmişdir ki, 2018-ci il tarixində borclu Şəxs ilə ayrılıb atası evinə getmiş və həmin ildə Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən uşaqların saxlanması üçün xx.xx.2028-ci il tarixli, 2(051)-2636/2018 saylı məhkəmə qətnaməsi qəbul edilmişdir.Tələbkar daha sonra borclu ilə barışmış lakin bir müddət sonra münasibətləri yenidən pozulduğu üçün borclu ilə ayrılmışdır.Tələbkar 2022-ci il tarixində mediasiyaya müraciət etdiklərini və həmin müraciətdə 2018-ci il tarixində alimentin tələbkardan tutulmasını xahiş etmişdir.Hazırda borclu ilə aralarında ödənişə dair razılıq əldə etmişlər.Buna dair ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkarın vəkili X13 çıxında qeyd etmişdir ki, boclu Şəxs uşaqların saxlanması üçün tələbkara 260 manat alimentin tutulması barədə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2636/2018 saylı qətnamə çıxarılmış, 2024-cü ilin avqust ayında Yevlax rayon Məhkəməsində hər uşağa münasibətdə 170 manat olmaqla qərar qəbul olunmuş, daha sonra həmin ilin dekabr ayının 12-də borclu Şəxs barışıq sazişinin təsdiq edilməsi barədə Yevlax rayon Məhkəməsinə müraciət etmişdir.Hal hazırda məhkəməyə təqdim edilən inzibati protokolda göstərilən aliment borcunun borclu şəxsdən tutulmasını və inzibati protokolun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Əliyev X3 şəhər Məhkəməsinin 2(051)-2636/2018 saylı, xx.xx.2018-cu il tarixli icra sənədi üzrə yaranmış 17990 manat aliment borcunu ödəməkdən yayınmışdır; Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2636/2018 saylı, qətnaməsinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat və 05 aprel 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat aliment hər ay tutulub tələbkra X7 verilsin. İcraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2636/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədi üzrə yaranmış borcun və qalıq məbləğin də tezliklə ödəniləcəyini bildirməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar