Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-67/2020 24.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:10 radələrində Yevlax şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:10 radələrində Yevlax şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında sərxoş halda yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozmuşdur. Bu səbəbdən də polis əməkdaşları onu intizamlı olmağa dəvət etmişlər. Buna baxmayaraq, həmin vətəndaş onların qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmiş və nəticədə onlar tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə icra başçısının qəbuluna gəlmişdir. Lakin polis əməkdaşları ona başqa gün gəlməyi tövsiyə etmişdirlər. O, polis əməkdaşlarının onu qəbula yazmadıqlarına əsəbləşib uca səslə danışmağa başlamışdır. Sonradan polis əməkdaşları onu intizamlı olmağa dəvət etmişlər. Lakin o, əsəbi olduğundan polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Mühafizə Şöbəsinin polis nəfəri, polis baş serjantı X5 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhərində xidmətdə olarkən bir nəfər vətəndaşın İcra Hakimiyyətinin inzibati binasının qarşısında səs küy salaraq içtimai qaydanı pozduğunu görüb ona yaxınlaşıb intizamlı olmağa dəvət etmişdir. Buna baxmayaraq, həmin vətəndaş onun qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmiş və nəticədə tərəfindən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:10 radələrində Yevlax şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Mühafizə Şöbəsinin polis nəfəri, polis baş serjantı X3 və Yevlax Rayon Polis Şöbəsinin PPX bölüyünün polis nəfəri, polis serjantı X4 xx.xx.2020-ci il tarixli raportunda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olan zaman bir nəfər vətəndaşın Yevlax şəhəri H.Əliyev prospektində ucadan qışqıraraq səs-küy saldığını görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq, həmin vətəndaş onların qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmiş və nəticədə onlar tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir; 33 №-li, xx.xx.2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx.xx.2020-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahid izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-67/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-67/2020
24.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver