Məhkəmə qərarları › İş №3(039)-671/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-671/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-671/2020 20.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İldirim oğlunun iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ağcəbədi Hindarx k. anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağcəbədi rayonu Hindarx qəsəbəsində yaşayan. Şəxs İldirim oğlunun barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs İldirim oğlu xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində komendant saatının tələblərini pozmuşdur. Bununla daŞəxs İldirim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 maddəsində nəzərdə tutulmuş, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Coşqun Bəkirov bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Yevlax rayon Polis şöbəsinin PPXB-nin polis nəfərləri, polis baş leytenantı X4 13 saylı postda xidmət aparan zaman Yevlax şəhəri, H.Əliyev prospektində kamaz 53212 markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomaşını idarə edərək komendant saatını pozduğunu görüb həmin şəxsi Yevlax rayon Polis şöbəsinə gətirilmişdir. Bundan sonra polis nəfərləri, polis baş leytinantı X1 rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Daha sonra məlum olmuşdur ki, həmin şəxsAğcəbədi ray., Hindarx qəs., yaşayan Şəxs İldirim oğludur. Raporta əsasən tərəfindən araşdırma aparılmış,Şəxs İldirim oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İldirim oğlu bildirdirmişdir ki, Bakı şəhərində bazarda fəhlə işləyir. İş yoldaşı Sadiq Yevlax rayon sakinidir. Sadiqin qardaşı vəfat etmişdir. O, digər iş yoldaşları ilə birlikdə Yevlax rayonuna Sadiqin qardaşının yas mərasimində iştirak etmək üçün gəlmişdir. Yevlax şəhərinə çatdıqdan sonra Sadiqin qohumları onları evə buraxmadılar. Yas mərasiminə gəldiklərini bildirsələr də, onları məhəllədən qovdular. xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Yevlax şəhəri ərazisində polis əməkdaşları onları saxlayaraq komendant saatını pozduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis avtomobilinə əyləşərək rayon polis şöbəsinə getmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs İldirim oğlu inzibati xətanı törətdiyinə görə xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30-dən inzibati qaydada tutulmuşdur. Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilmişdir. Beləliklə,Şəxs İldirimoğlu istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı Coşqun Bəkirov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 517-2.1. Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Bununla yanaşı, həmin Məcəllənin 21-ci maddəsində deyilir ki, törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsŞəxs İldirim oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və törətdiyi inzibati xətadan səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tətbiq edilməsini və ona tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehlərin daha yüngül inzibati tənbeh növü, yəni xəbərdarlıq tənbehi ilə əvəz edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 357, 360, 362-365, 425, 430 və 432-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs İldirim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona xəbərdarlıq edilsin. Şəxs İldirim oğlu məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar