Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-671/2021 30.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 21 avqust 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərində 0,055 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin sahə rəisi, polis leytenantı X3 izah etdi ki, Şəxs 21 avqust 2021-ci il tarixdə yaşadığı Yevlax şəhəri, F.Əmirov küçəsində özünü şəbhəli apardığına görə RPŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X5 və İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində video çəkilişlə vəkilin və iştirakçıların iştirakı ilə Şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərindən 0,055 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Yevlax RPŞ-nin TB-nin 24 avqust 2021-ci il tarixli qərarı ilə törədilmiş əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ünvan 1 ünvanında anası və qardaşı ilə birlikdə yaşayır. 21 avqust 2021-ci il tarixdə axşam saat 19.00 radələrində yaşadığı F.Əmirov küçəsində gəzərkən yerdən bir ədəd kağız bükülü tapmış və həmin bükülünün içərisinə baxmadan götürüb cibinə qoymuşdur. Bir müddət sonra yaşadığı evin yaxınlığına polis əməkdaşları gəlmişlər və özünü şübhəli apardığına görə onlarla birlikdə Yevlax PPŞ-nə getməyini bildirmişlər. Orada üzərində vəkilin və iştirakçıların iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı yerdən tapdığı içərisində psixotrop maddə metamfetamin olan bükülünü aşkar edərək götürmüşlər. Həmin bükülünün içərisində psixotrop maddə metamfetaminin olduğunu bilməmiş və sadəcə bükülü maraq kəsb etdiyindən həmin bükülünü götürmüşdür. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin 24 avqust 2021-ci il tarixli qərarından görünür ki, Şəxs tərəfindən törədilmiş əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublıikası İXM-nin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin sahə rəisi, polis leytenantı X1 izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxx 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan, təmiz çəkisi 0,055 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-671/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-671/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver