Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-671/2023 10.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X3, zərərçəkmiş şəxs X5, X1 barəsində inzibati icraat aparılan şəxs Şəxs Faxrəddin oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri C.Mustafayev küçəsi mənzil ev 106, mənzil 3-də qeydiyyatda olan və yaşayan Şəxs Faxrəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Faxrəddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında” qərara baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kərimov X4 şəhəri İnşaatçılar küçəsi ev 37 ünvanda yaşayan X5 2022-ci ilin aprel ayının 30-da onun qardaşına torpaq sahəsi və birdəfəlik 1000 manatlıq müavinət düzəldəcəyini vəd edib aldatmaqla 350 manat pulu ələ keçirmiş,ünvan 2 ünvanında yaşayan X1 2023-cü ilin aprel ayının 24-dən 2023-cü ilin may ayının 5-dək olan müddət ərzində ona sosial yardım düzəldəcəyini vəd verib aldadaraq ümumilikdə 350 manat pulu ələ keçirmiş,ünvan 3 ünvanında yaşayan Baxşıyev Nərmin Akif qızına sosial yardım düzəldəcəyini vəd verib aldadaraq 2023-cü ilin apel ayının 5-də 350 manat pulu ələ keçirmişdir.Bununla da Şəxs Faxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Yevlax rayon prokurorunun müavini X6 çıxış edərək bildirmişdir ki, Kərimov X4 şəhəri İnşaatçılar küçəsi ev 37 ünvanda yaşayan X5 2022-ci ilin aprel ayının 30-da onun qardaşına torpaq sahəsi və birdəfəlik 1000 manatlıq müavinət düzəldəcəyini vəd edib aldatmaqla 350 manat pulu ələ keçirmiş,ünvan 2 ünvanında yaşayan X1 2023-cü ilin aprel ayının 24-dən 2023-cü ilin may ayının 5-dək olan müddət ərzində ona sosial yardım düzəldəcəyini vəd verib aldadaraq ümumilikdə 350 manat pulu ələ keçirmiş,ünvan 3 ünvanında yaşayan Baxşıyev Nərmin Akif qızına sosial yardım düzəldəcəyini vəd verib aldadaraq 2023-cü ilin apel ayının 5-də 350 manat pulu ələ keçirmişdir.Bununla da Şəxs Faxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir Məhkəmə iclasında zərərçəkmiş X8 çıxış edərək bildirmişdir ki, Şəxs Faxrəddin oğlu tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini bildirərək, sonuncu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs Faxrəddin oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş X2 çıxış edərək bildirmişdir ki, Şəxs Faxrəddin oğlu tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini bildirərək, sonuncu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs Faxrəddin oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Baxşıyev Nərmin Akif qızına məxsus ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılmış, Şəxs Faxrəddin oğlu tərəfindən vurulmuş ziyanın ödənildiyini,ondan hec bir şikayət və tələbinin olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Faxrəddin oğlu məhkəmə iclasında əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 20 sentyabr 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında” qərardan görünür ki, Şəxs Faxrəddin oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. 31 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki,Şəxs Faxrəddin oğlunun əməlində Azərvaycan Respubliksı İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama inzibati xətasının tərkibi əlamətləri olduğundan Şəxs Faxrəddin oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması məsələsinə baxılması üçün qəbul olunmuş sübutların qiymətləndirilməsi haqqında qərarın surəti aiddiyyəti üzrə Yevlax rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın dəyəri 1050 manat olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs Faxrəddin oğlunun məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs Faxrəddin oğlu tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə zərərçəkmiş şəxs ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla Şəxs Faxrəddin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Faxrəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-671/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-671/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver