Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-672/2021 08.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05 iyul 2021-ci il tarixdə saat 23.00 raələrində idarə etdiyi VAZ-2107 markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində hərəkətdə olan zaman idarə etməni itirərək yol nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Ağdam rayonu, Dördyol 1 qəsəbəsi 750 nömrəli evdə yaşayır. Avtomobil idarə etmək üçün bütün lazımı sənədləri qaydasındadır. Vaz 2107 markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 05 may 2021-ci il tarixdə təxminən saat 23 radələrində idarə etdiyi avtomobillə qohumları Xəqan və Xaliqlə birlikdə Mingəçevir şəhərindən yaşadığı Ağdam rayonu istiqamətində hərəkətdə olmuşlar. Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisindən keçən zaman onunla eyni istiqamətdə hərəkət edən işıqsız traktor görmüş və traktoru ötmək üçün yolun əks istiqamətinə çıxmışdır. Yenidən öz hətəkət istiqamətinə qayıdan zaman idarəetməni itirərək yoldan çıxmış və avtomobil yoldan kənardakı dərəyə aşmışdır. Avtomobil aşan zaman qohumları Xəqan və Xaliq də avtomobildə olmuşdur. Yol nəqliyyat hadisəsi zamanı o və Xaliq heç bir xəsarət almamışlar. Lakin Xəqan yüngül dərəcəli bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir və hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsə və Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, Zərərçəkmiş şəxs işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 16.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 16.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs almış olduğu xəsarətlərin ağırlıq dərəcələrini müəyyən etmək üçün o, MTE-dan keçirilmiş, «MTE vəPA Birliyi»nin 2021-ci il 07 iyul tarixli 402 №-rəyi ilə Şəxs bədən səthində hər iki saidin, yan səthinin, əlin üst səthinin, sol bilək oynağının, boyunun sağ yan səthinin, döş qəfəsinin çoxsaylı sıyrıqları, küt alətin qançırları məhkəmə-tibb əlamətləri aşkar edilmişdir. Xəsarət küt alətin təsirindən əmələ gəlmişdir və əmələ gəlmə müddəti 05.07.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödəməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldıı : xx xxxxxx 1993-cü il tarixdə Ağdam rayonu, Suma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Dördyol 1 qəsəbəsi, ev 750-də qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-672/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-672/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver