Məhkəmə qərarları › İş №3(039)-673/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-673/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-673/2022 27.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Goranboy rayonu Türk qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu rayonu İlyaslar kəndində qeydiyyatda olan və Goranboy rayonu Veyisli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda X6 xx.xx.2022-ci il tarixdə X1 maşınına qəsdən ziyanlıq vurması, 30 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda isə X2 idarə etdiyi ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə daxil olaraq ona 1233 manat maddi ziyanın vurması göstərilmişdir. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və Yevlax rayon polis şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2022ci il tarixdə özünə məxsus torpaq sahəsinə yük avtomobilinin daxil olması barədə məlumat aldıqdan sonra o, dərhal həmin əraziyə getmişdir. O, sahəyə çatdıqda bir ədəd yük avtomobilinin onun torpaq sahəsinə daxil olmasının və torpaq sahəsinə daxil olmasını, torpaq sahəsinə ziyan vurmasının şahidi olmuşdur. Bundan sonra o, həmin avtomobilə yaxınlaşdıqda, sürücünün avtomobildə olmadığını görmüşdür. O, əsəbləşərək həmin avtomobilin yan güzgülərini sındırmışdır. Bundan sonra o, həmin avtomobilin sürücüsü bir-birlərindən polisə şikayət etmişdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda X6 xx.xx.2022-ci il tarixdə X1 maşınına qəsdən ziyanlıq vurmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə X2 əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 332.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan MN seriyalı ******* nömrəli 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda X6 inzibati xəta törətməsi qeyd edilsə də, həmin inzibati xəta haqqında materialın müşahidə məktubunda Şəxs oğlnun barəsində olan inzibati materialın baxılması məhkəmədən xahiş olunmuşdur. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, inzibati xəta haqqında protokolun surətinin vətəndaşa təqdim olunması barədə inzibati xəta haqqında protokola imza edilsə də, vətəndaşa təqdim ediləsi MN seriyalı ******* nömrəli 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolun surəti iş materialları ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi polis orqanı tərəfindən tərtib olunmuş müvafiq qərarda X2 inzibati məsuliyyətə cəlb olunması qeyd olunsa da, MN seriyalı ******* nömrəli 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda, habelə MN seriyalı ******* nömrəli 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında işin aiddiyyatı üzrə göndərilməsi barədə qərardadda Şəxs məsuliyyətə cəlb olunması qərara alınmışdır. Eyni zamanda “elektron məhkəmə informasiya sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, Şəxs barəsində məlumat tapılmamış, X4 (şəxs.vəsq AA4328301, FİN 7CVX1MU, xx.xx.1998 Goranboy rayonu Türk qəsəbəsi) barəsində məlumat isə mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın düzgün tərtib olunmaması və natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109,100, 103, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar