Məhkəmə qərarları › İş №3(039)-673/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-673/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-673/2023 12.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 1000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X1 rayonu Malbinəsi kənd bələdiyyə mülkiyyətinə aid istifadəsində olan, lakin hüququ sənədi olmayan ərazidə əkilmiş müxtəlik cinsli ağacları icazə sənədi olmadan torpaqdan çıxararaq digər əraziyə əkmişdir.Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 16 mart 2023-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə X5 oğlu 1000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında çıxış edərək, arıçılıq təsərrüfatı ilə məşğul olduğunu,bu səbəbdən ona yaşadığı Malbinəsi kəndi ərazisində 1.90 ha bələdiyyə torpağı istifadəsinə verildiyini,həmin torpaq sahəsində arıçılığı inkişaf etdirmək üçün 200 ədədə yaxın müxtəlif növ (evodia,paloniya,amerikan ağcaqayını,akasiya,ilğım və s) bitkilərin əkdiyini, torpaq sahəsinin bir qisminin (0.37 ha) Həsən Abdullayev tərəfindən şumladığınğ ,bu zaman 47 ədəd bitkiyə ziyan vurulduğunu,bu barədə Mingəçevir 8 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinə məlumat verildiyini,həmin torpaq sahəsinə baxış kecirilən zaman şumlanan 0.37 ha torpaq sahəsinin Həsən Abdullayevə aid olduğu, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətcisi müfəttiş Samir Abdullayevin göstərişi ilə əkdiyi bitkiləri yerdən çıxararaq 1 mert öz sahəsi tərəfə köçürdüyünü və həmin köçürməni video lentə alaraq Samir Abdullayevin mobil telefonuna göndərdiyini, poçt vasitəsi ilə 11 aprel 2023cü il tarixli qərar ona çatandan sonra ona məlum olmuşdur ki,o ağacları icazəsiz yerini dəyişdiyi üçün AR İXM-nin 253-1.2.2 maddəsinə əsasən 1000 manat cərimə edilmişdir.Qəbul olunmuş qərarın ləğv olunması barədə X7 məhkəmələrinə qərardan şikayət vermə müddətin bərpası ilə bağlı Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir.Onun məqsədi bitkiləri məhv etmək yarasız hala salmaq deyil sadəcə olaraq yerdəyişmə etdiyini,və bunun üçün hər hansı bir icazə sənədinin alınmasından xəbəri olmadığını bildirərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında çıxış edərək,tərəflərindən əraziyə yerində baxış keçirildiyini ,faktiki olaraq ağac və kol bitkilərinin məhv olmadığı,orada dənli bitkilərin əkildiyi,Sərvər Mahmudovun istifadəsində olan ərazidə onun tərəfindən ağcaqayın,pauloniya,evogiya bitkilərin icazə sənədləri olmadan çıxararaq digər əraziyə əkdiyi aşkar olunmuşdur. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində hər hansi bir ağacın yerdəyişmə edilməsi və ya kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınmalıdır.Sərvər Mahmudovda əkdiyi ağacları yerdən çıxardaraq 1 metr aralı məsafəyə əkmişdir .Bu da öz növbəsində AR İXM-nin 253-1.2.2-ci maddəsinin tərkib əlamətini yaradır. qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 aprel 2023-cü il tarixli, MN ******* saylı il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, X1 rayonu Malbinəsi kənd bələdiyyə mülkiyyətinə aid istifadəsində olan,lakin hüququ sənədi olmayan ərazidə əkilmiş müxtəlik cinsli ağacları icazə sənədi olmadan torpaqdan çıxararaq digər əraziyə əkmişdir.Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 16 mart 2023-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə X5 oğlu 1000 manat məbləğində cərimə edilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında “ Azərbaycan Respublikası Qanunun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülmə Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşilliqlar,xüsusi mülkiyyətdə olan həyətyanı bə bağ sahələrindəki yaşilliqlar,habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla,respublika ərazisindəki yaşıllıqların götürülməai mexanizmini müəyyən edir.Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi,yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Xidməti Məruzəsində qeyd edilmişdir ki,əraziyə keçirilən baxış zamanı iddia edilən sahədə faktiki olaraq ağac və kol bitkilərinin məhv olmadığı,orada dənli bitkilərin əkildiyi,Sərvər Mahmudovun istifadəsində olan ərazidə onun tərəfindən ağcaqayın,pauloniya, evogiya ağacların icazə sənədləri olmadan çıxararaq digər əraziyə əkdiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Məhkəmə baxışında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 arıçıdır,kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur.Əkdiyi bitkilər ağcaqayın,akasiya,pavlovniya və evodia ağacları kənd təssrüfati yönlü arıçılığın inkişafında böyük rol oynayır.Həm şikayət verən şəxs həmçinin barəsində şikayət verilən orqanın nümayəndəsin cıxışlarından məlum olur ki bitkilər cəmi 1 metr məsafəyə köçürülmüş, zədələnməmiş, kəsilməmiş və həmin bitkilər S.Mahmudovun özü tərəfindən əkilmişdir. Yaşıllıqların götürülməsi mexanizmini müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarında kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna təşkil etdtdiyindən S Mahmudovun şikayəti təmin edilməlidir Həmçinin 2023 cu il ərzində ölkədə arıçılığın inkişafina dəstək məqsədi ilə Yaşıl marafon layihəsi üzrə ağcaqayın,akasiya,pavlovniya və evodia növlərindən olmaqla,ümumlikdə 2000 nektar verən ağac əkilmişdir X2 şikayəti təmin edilməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar