Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-675/2022 18.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 169 ünvnında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 17 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 iyul 2022-ci il tarixdə saat 14:25 radələrində Yevlax şəhəri H.Əliyev prospektində Milli Bankın yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Şəxs barəsində rayon polis şöbəsində olan material üzrə müstəntiqin çağırışlarına gəlmədiyindən rayon polis şöbəsinin rəhbərliyinin şifahi göstərişi əsasında Şəxs rayon polis şöbəsinə gətirilməsi tapşırılmışdır. 17 iyul 2022-ci il tarixdə saat 14:25 radələrində rayon polis şöbəsinin əməkdaşları Şəxs rayon mərkəzi xəstaxanasının yaxınlığında görmüşlər və ona yaxınlaşıb rayon polis şöbəsinə getməyi təklif etdikdə Şəxs əsassız olaraq ucadan səs-küy saldığı üçün polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında bildirmişdir ki, barəsində hazırda Yevlax Rayon Məhkəməsinin icraatlnda cinayət işinə baxılır və o, məhkəmə iclaslarında iştirak edir. 17 iyul 2022-ci il tarixdə Goran qəsəbəsindən Yevlax şəhərinə gələrək mərkəzi xəstaxananın yanında avomobildən düşmüşdür. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq rayon polis şöbəsinə getməyi təklif etdikdə o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə onların xidməti avtomobilinə əyləşərək onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Şəxs əlilliyinin olmadığını Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X7 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs barəsində rayon polis şöbəsində olan material üzrə müstəntiqin çağırışlarına gəlmədiyindən rayon polis şöbəsinin rəhbərliyinin şifahi göstərişi əsasında Şəxs rayon polis şöbəsinə gətirilməsi tapşırılmışdır. 17 iyul 2022-ci il tarixdə saat 14:25 radələrində rayon mərkəzi xəstəxanasının qarşısında tədbirdə olarkən Şəxs görmüşlər və ona yaxınlaşıb rayon polis şöbəsinə getməyi təklif etdikdə Şəxs əsassız olaraq ucadan səs-küy saldığı üçün onlar Əlini nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X4 şahid X5 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 17 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 iyul 2022-ci il tarixdə saat 14:25 radələrində Yevlax şəhəri H.Əliyev prospektində Milli Bankın yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 17 iyul 2022-ci il tarixdən saat 14:25-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-675/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-675/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver